SON DƏQİQƏ

Şuşa mətbəxi- Boyanalı aş

Tarix:

15-01-2022, 11:27

/ 1 799 dəfə oxundu.
Şuşa mətbəxi- Boyanalı aş

Tərkibi:

  • 1 kq quzu əti

  • 1 kq uzun düyü

  • 250 qr əridilmiş kərə yağı

  • 2 dəstə boyana( şüyüd)

  • duz, istiot

Hazırlanma qaydası:

Öncə quzu ətini orta ölçülü hissələrə doğrayırıq. Duz və istiotlayıb, bir kənara qoyuruq. Düyünü təmizlənib doğranmış boyana ilə birgə duzlu suda bişiririk. Tam bişmədən ocaqdan götürüb, süzürük. Plovu dəmləyəcəyimiz qazanın dibinə qazmaq əvəzi ət tikələrini düzürük. Üzərinə boyanalı(razyana) düyünü töküb, zəif odda dəmə qoyuruq. Düyü dəmlənən müddətdə ət də yaxşıca bişir.Hazır plovumuzu süfrəyə verərkən zövqə görə üzərinə qatıq əlavə edirik.

скачать dle 12.1

Şərhlər