SON DƏQİQƏ

Özbəkistan prezidentindən Lukaşenkoya sərt cavab

Tarix:13-01-2022, 23:44 Oxunub:1 188

Qazaxıstanda baş verən iğtişaşların Özbəkistanda təkrarlana biləcəyi ilə bağlı söylənilən fikirlər əsassızdır.

GunAz.az xəbər verir ki, bu sözləri Özbəkistan Prezidenti Şövkət Mirziyayev deyib.

 

"Bu günlərdə bəzi dövlətlərin rəhbərləri Özbəkistanın Qazaxıstandakı olaylardan dərs çıxarmağı gərəkməsi ilə bağlı əsassız fikirlər səsləndirdilər. Biz regiondakı situasiya ilə bağlı bütün çağırış və təhlükələri izləyirik. Bizim istənilən təhlükəyə adekvat cavab vermək üçün bütün lazımi potensial və gücümüz var”, - deyə dövlət başçısı bildirib.

Qeyd edək ki, Belarus Prezidenti Aleksandr Lukaşenko Qazaxıstandakı olaylardan Özbəkistanın dərs çıxarmalı olduğunu deyərək faktiki olaraq bu ölkə rəhbərliyini təhdid etmişdi.


FACEBOOK ŞƏRH

SON XƏBƏRLƏR

İDMAN

<