SON DƏQİQƏ

Çörəyim...

Tarix:10-01-2022, 11:07 Oxunub:1 990

Sən bizim and yerimiz,
Gəl bahalaşma çörəyim.
Yavan olsan da belə,
Sənsən ən şirin əpbəyim.
Mən səni yerdə görcək
Öpüb göz üstə qoymuşam.
Quru olsan da belə,
Alıb köz üstə qoymuşam.
Bilirsən, imdad etmir,
İndi toxlar ac qalana.
Haqq deyən haqsız olur,
Doğru qarışıb yalana.
Nənəmin təndiri də,
Sönüb artıq alovlanmır.
Külfəsin ot basıbdı,
Ha üfürsən, havalanmır.
Dəyirman çaq-çax edir,
Buğdanı daş ta üyüdmür.
Fırlanır boş-boşuna,
Kisəyə "kəpək” tökülür.
On qəpik vallah puldur,
Ayda üç manat eləyir.
Üç manat altı çörək,
Altı günə bəs eləyir.
Nə deyim ay çörəyim,
Yatmaq olmur ac qarına.
Bahalaşma, bizim ol,
Gəl qoşulma sən harına.
İstəsən canım deyim,
Gözüm deyim, lap ürəyim.
Kimsədən haray yoxdur,
Gəl bahalaşma çörəyim...
Çörəyim...Mübariz ƏHMƏDOV

FACEBOOK ŞƏRH

SON XƏBƏRLƏR

İDMAN

<