SON DƏQİQƏ

Şabran və Kürdəmirdə yanğın olub

Tarix:10-01-2022, 09:17 Oxunub:1 711

Şabran rayonunun Sarvan kəndində ümumi sahəsi 50 m² olan birmərtəbəli 2 otaqlı evin yanar konstruksiyaları yanıb.

Bu barədə Fövqəladə Hallar Nazirliyinə (FHN) istinadən xəbər verir.

Məlumata görə, yaxınlıqdakı tikililər yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.

Eyni zamanda Kürdəmir rayonunun Yenikənd kəndində ümumi sahəsi 60 m² olan talvarın (dülgər sexi kimi fəaliyyət göstərir) yanar konstruksiyaları 20 m² sahədə, altında 0,5 m³ taxta material və qismən 1 ədəd dəzgah yanıb.

Talvarın və taxta materiallarının qalan hissəsi yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.

FACEBOOK ŞƏRH

SON XƏBƏRLƏR

İDMAN

<