SON DƏQİQƏ

Komutandan yadigar qalan xatirələr…

Tarix:

8-01-2022, 08:01

/ 5 286 dəfə oxundu.
Komutandan yadigar qalan xatirələr…

Bir neçə gün əvvəl Kəlbəcərdən Bakıya məzuniyyətə gəlmiş bir hərbiçi zəng edərək məni görmək istədiyini bildirdi. Kəlbəcərdən gəldiyini deyən kimi Vüsalın tabeçiliyindəki hərbçilərdən olacağını bildim.

İlk dəfə idi görüşürdük, amma ən əziz adamı kimi qucaqladı, kövrəldi, gözləri doldu, bir neçə dəqiqə heç nə danışa bilmədi. Sonra söhbətə başladı:Komutandan yadigar qalan xatirələr…

- Mən fəxr edirəm ki, mayor Vüsal Vəliyev mənim komandirim olub. Onun etdiyi yaxşılıqları ömrümün sonunadək unutmayacam. Atamla bərabər hər dəfə Vüsala da Quran oxutdururam. Ömrümün sonuna kimi də buna davam edəcəm. Vüsal bizimlə bərabər səngər qazıb təmizləyirdi, odun daşıyıb yarırdı, su daşıyırdı. Heç vaxt əsgərlərə yuxarıdan aşağı baxmırdı. Ona görə də tabeçiliyindəkilər Vüsala çox hörmət edir, onun tapşırıqları dərhal həll edilirdi. Müharibədən bir neçə gün qabaq ucqar postlara odun təminatı edirdik. Vüsal da gəldi, bizimlə bərabər odun daşıdı, zəncirləmə düzülüşdə kim yoruldusa onu əvəz etdi. Hər komandir öz əsgərinə belə kömək edib qayğısına qalmır. Hamı yorulmuşdu. Orada bir böyük daş var, ortası çökək, sanki daşdan kreslodur. Komutan orada əyləşdi, dedi ki, "məni Polad Həşimova çox bənzədirlər. Mən də rəhmətlik generalımızla dost olmuşam. Dünyanın işini bilmək olmaz. Mənim burada bir şəklimi çəkin, cənab general kimi şəhid olsam paylaşarsınız". Biz də "Komutan, inşallah siz cənab generalın intiqamını alaraq sağlığınızda Milli Qəhrəman olarsınız" dedik. Vüsal gülümsədi.

Mən həmin şəkli müharibə zamanı görmüşdüm, Vüsalın tabeçiliyində olanlardan biri göndərmişdi, amma şəklin tarixçəsini bilmirdim. Dünən isə həmin videonu mənə göndərdilər. Vüsal əsgərləri ilə bərabər odun daşıyır.

Ruhun şad olsun, Komutan! Bizə bir şəkillərin, bir də haqqındakı yaxşı xatirələrin yadigar qaldı.

 

Elyar İSLAMOĞLU

скачать dle 12.1

Şərhlər

XƏBƏR LENTİ