SON DƏQİQƏ

Sabah hava necə olacaq?

Cəmiyyət / Manşet

Konfrans Liqasının sonuncu oyunu keçiriləcək

Tarix:9-12-2021, 08:14 Oxunub:1 140

Qarabağ" bu gün UEFA Konfrans Liqasının qrup mərhələsində sonuncu oyununu keçirəcək.

Qurban Qurbanovun baş məşqçi olduğu kollektiv H qrupundakı altıncı sınağında İsveçrə "Bazel"inin qonağı olacaq. "Sent Yakob-Park" stadionunda oynanılacaq və Bakı vaxtı ilə saat 00:00-da başlayacaq görüşü xorvatiyalı FIFA referisi Fran Yoviç idarə edəcək. Bu komandalar arasında Bakıdakı oyunda hesab açılmayıb.

Qrupdan çıxması dəqiqləşmiş hər iki kollektiv 1/8 finala birbaşa vəsiqə uğrunda mübarizə aparacaq. Ağdam təmsilçisi qrupu ilk pillədə bitirmək üçün səfərdə mütləq qalib gəlməlidir. Meydan sahiblərini isə heç-heçə də qane edəcək.

"Qarabağ"ın heyətində Bədavi Hüseynov, Xayme Romero və Qaspar Panadero zədə səbəbindən oynamayacaq. Zədəsini yenicə sağaltmış Kevin Medinanın meydana çıxması sual altındadır. "Bazel"in heyətində yeganə itki isə sol cinah müdafiəçisi Andrea Padulanın zədəli olmasıdır.

Bu oyun "köhlən atlar" üçün avrokuboklarda yubiley matçı olacaq. Komanda beynəxalq arenada 140-cı görüşünə çıxacaq.

Qeyd edək ki, bu qrupun digər oyununda Kipr "Omoniya"sı Qazaxıstan "Kayrat"ını qəbul edəcək.

UEFA Konfrans Liqası

Qrup mərhələsi, VI tur

00:00. "Bazel" (İsveçrə) - "Qarabağ" (AZƏRBAYCAN)

Hakimlər: Fran Yoviç, Xrovye Radiç, Luka Puşiç, İvana Martinçiç (hamısı Xorvatiya)

Bazel, "Sent Yakop-Park" stadionu.

Xal durumu: "Bazel" - 11, "Qarabağ" - 11, "Omoniya" - 3, "Kayrat" - 1

FACEBOOK ŞƏRH

SON XƏBƏRLƏR

İDMAN

<