SON DƏQİQƏ
» » Lavrov Mirzoyanla üçtərəfli bəyanatlardan danışdı

Lavrov Mirzoyanla üçtərəfli bəyanatlardan danışdı

Tarix:

8-12-2021, 21:17

/ 1 371 dəfə oxundu.
Lavrov Mirzoyanla üçtərəfli bəyanatlardan danışdı

Rusiya xarici işlər naziri Sergey Lavrovla ermənistanlı həmkarı Ararat Mirzoyan arasında telefon danışığı baş tutub.

GunAz.az xəbər verir ki, bu barədə Ermənistan Xarici İşlər Nazirliyi məlumat yayıb.

Nazirlər Qarabağla bağlı məsələlərin geniş spektrini müzakirə ediblər. Eyni zamanda, tərəflər 9 noyabr 2020-ci il, 11 yanvar 2021-ci il və 26 noyabr 2021-ci il tarixli üçtərəfli bəyanatlar çərçivəsində tərəflərin üzərinə götürdüyü öhdəliklərin yerinə yetirilməsindən danışıblar.

Nazirlər həmçinin "3+3” formatını, regional və beynəlxalq gündəlikdəki məsələləri müzakirə ediblər.


скачать dle 12.1

Şərhlər