SON DƏQİQƏ
» » Abutalıbov doğru demir- HÜQUQŞUNASDAN SƏRT AÇIQLAMA

Abutalıbov doğru demir- HÜQUQŞUNASDAN SƏRT AÇIQLAMA

Tarix:

8-12-2021, 17:07

/ 2 178 dəfə oxundu.
Abutalıbov doğru demir- HÜQUQŞUNASDAN SƏRT AÇIQLAMA

Hacıbala Abutalıbov o mitinqlərin təşkilatçısı olmayıb. O mintiqə Hacıbala Abutalıbovun çağrışı ilə gələn bir nəfər belə tapa bilməzsiniz.

Bu sözləri axar.az-a açıqlamasında Müvəkkil Hüquq Mərkəzinin rəhbəri, tanınmış hüquqşünas Səməd Vəkilov Bakı şəhərinin sabiq icra başçısı Hacıbala Abutalıbovun 1992-ci il mitinqindəki çıxışının videosunun yayılması haqda danışarkən deyib.

O bildirib ki, başqalarının zəhməti hesabına özünə karyera quran Hacıbala Abutalıbov 30 il bundan qabaq guya öz tərəfdarları ilə birlikdə Heydər Əliyevi müdafiə etməsi barədə video-görüntüləri yenidən mətbuata servis etməkdədir:

"Hacıbala Abutalıbov ilk dəfə bu "sensasiyanı” 2016-cı ildə yaymışdı. O vaxt mən Hacıbala Abutalıbovun başqa adamların zəhmətini öz adına çıxdığına görə sizin saytda açıqlama verdim.

Hacıbala Abutalıbovun məqsədi illərlə topladığı qanunsuz sərvəti diqqətdən yayındırmaq, özünü "sadiq əliyevçi” kimi aktuallaşdırmaqdır. Başqalarının zəhmətini mənimsəmək onun köhnə şakəridir”.

S.Vəkilov xatırladıb ki, həmin mitinqləri Əlincə Xeyriyyə Cəmiyyəti təşkil edirdi:

"Gənclər isə o mintiqə Bakı Dövlət Universitetinin Mexanika-riyaziyyat fakültəsinin 19 yaşlı tələbəsi Sadiq Qurbanovun təşkilatçılığı və təşəbüsü ilə toplanmışdı. Sadiq Qurbanov hazırda Milli Məclisin Təbii ehtiyatlar, energetika və ekologiya komitəsinin sədridir. Yaxşı yadımdadır, Heydər Əliyevin yaş senzinə qarşı təşkil olunmuş mitinqlərdən birini dağıdarkən, Heydər Əliyevin portretini cırıb yerə atmaq istəyərkən Sadiq Qurbanov özünü qabağa verib buna mane oldu və qarşıdurma yarandı. Bu hadisələr sonradan məşhur doxsanbirlərdən olan Tofiq Huseynov, Fikrət İsmayılov və Əjdər İsmayılovun yanında olub.

Hacıbala Abutalıbov o mitinqlərin təşkilatçısı olmayıb. O mitinqdə Hacıbala Abutalıbovun çağrışı ilə gələn bir nəfər belə tapa bilməzssiniz.

O mintinqdə Sadiq Qurbanov, Əli Ağayev, Azər Xanəliyev, İftixar Huseynov, Fuad Bədirov, Müştəba Əliyev, Samir Həsənov və qardaşı, Elçin Həsənov, Elsevər Novruzov, Haqverdi Abbasquliyev, Orxan Məmmədov, rəssam Sabir, Tofiq Əliyev, Azər Seyidov, Azər Seyidzadə, Azərbaycan Neft İnstitunun Namiq adlı tələbəsi və s. şəxslər iştirak ediblər.

Onu da qeyd edim ki, həmin vaxt Yeni Azərbaycan Partiyası yox idi. Bu şəxslər Konstitusiyaya salınmış yaş senzini ədalətsizlik hesab edir və şəxsən Heydər Əliyevə qarşı yönəlmiş bu qanunsuzluğun aradan qaldırılmasını istəyirdilər.

Bu gənclərin bəziləri, o cümlədən Sadiq Qurbanov fəaliyyətini YAP-da davam etdirdi, bəziləri isə siyasi fəaliyyətdən uzaqlaşaraq öz peşə fəaliyyətləri ilə məşğul oldular”.

S.Vəkilov bildirib ki, o mitinqdə çıxış edənlər, xalqa səslənənlər də fərqli adamlar idi:

"Onlardan birinin fotosunu sizə təqdim edirəm. Fotoda söz verən gənc Sadiq Qurbanovdur, çıxış edən isə hamının tanıdığı mərhum general, Gəncənin sabiq polis rəisi olmuş Rasim Musayevdir”.


скачать dle 12.1

Şərhlər

XƏBƏR LENTİ