SON DƏQİQƏ

Sabah hava necə olacaq?

Tarix:

8-12-2021, 13:23

/ 2 180 dəfə oxundu.
Sabah hava necə olacaq?

Bakıda və Abşeron yarımadasında dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir.

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Xidmətindən verilən məlumata görə, səhər bəzi yerlərdə yağış yağacağı ehtimalı var. Mülayim cənub-qərb küləyi gündüz şimal-qərb küləyi ilə əvəz olunacaq.

Havanın temperaturu gecə 7-10° isti, gündüz 12-15° isti olacaq. Bakıda gecə 7-9° isti, gündüz 12-14° isti olacaq. Atmosfer təzyiqi 758 mm civə sütunundan 765 mm civə sütununa yüksələcək. Nisbi rütubət 65-75 % olacaq.

Azərbaycanın rayonlarında bəzi yerlərdə yağıntılı olacağı gözlənilir. Ayrı-ayrı yerlərdə intensiv olacağı, dağlıq rayonlarda qar yağacağı ehtimalı var. Bəzi yerlərdə duman olacaq. Qərb küləyi ayrı-ayrı yerlərdə arabir güclənəcək.

Havanın temperaturu gecə 2-6° isti, gündüz 9-14° isti, dağlarda gecə 0-5° şaxta, gündüz 2-7° isti olacaq.

скачать dle 12.1

Şərhlər

XƏBƏR LENTİ