SON DƏQİQƏ
» » Əsli Kazımova: “Azərbaycana zəfər, Azərbaycan xalqına qələbə yaraşır!”

Əsli Kazımova: “Azərbaycana zəfər, Azərbaycan xalqına qələbə yaraşır!”

Tarix:

8-12-2021, 11:26

/ 2 282 dəfə oxundu.
Əsli Kazımova: “Azərbaycana zəfər, Azərbaycan xalqına qələbə yaraşır!”


"Prezident İlham Əliyevin rəhbərliyi ilə atılan hər bir addım Azərbaycanı sadəcə və sadəcə irəliyə aparacaqdır”.

"Qarabağ zəfəri xalqımızın şanlı tarixidir”. Bunu mətbuata açıqlamasında Azərbaycan Sosial Rifah Partiyasının sədri Əsli Kazımova deyib. Onun sözlərinə görə, 2020-ci il dekabrın 10-da keçirilmiş Zəfər paradı isə Azərbaycan xalqının həyatında mühüm rol oynadı: "Hesab edirəm ki, həmin tarixi paradla biz şəhidlərimizin ruhuna sayqını, hörməti nümayiş etdirmiş olduq. Bu isə müqəddəs bir amildir. Zəfər bayrağımızın dalğalandığı hər yer Azərbaycan xalqının illərdir çəkdiyi acı və zülm üzərindəki qələbəsi idi. Azərbaycan hər gün inkişaf edir. Azərbaycan bundan sonra sadəcə inkişaf edəcək.
 
Bu sözü Cənab Prezident İlham Əliyev də, öz çıxışı zamanı təsdiqləyib. Azərbaycan bütün dünyaya özünün müstəqil, nüfuzlu, iradəli və qətiyyətli bir dövlət olduğunu sübut etdi. Azərbaycan ordusu bütün dünyaya gücünü sübut etdi. Azərbaycan xalqı həmrəyliyini, dəmir yumruq kimi Cənab Prezidentin ətrafında birləşə bildiklərini göstərdi. Dövlət rəhbərinin apardığı siyasət isə nəinki Azərbaycanın inkişafından xəbər  verir, digər tərəfdən beynəlxalq təşkilatların falşfəaliyətlərini ifşa edir. Status-Kvoya son qoydu. Regionda bir sıra dövlətlərin silah ticarəti üçün nəzərdə tutduqları Qarabağ münaqişəsinin qaynar nöqtə olmasına son qoydu. Bölgədə sülh, barış və sabitliyin təmin olunması üçün həm diplomatik baxımdan, həm hərbi baxımdan öz gücünü və müdrük siyasətini göstərməyə müvəffəq oldu. Bu tendensiya danılmaz faktdır.
 
Bu gün artıq Azərbaycan nəinki Qarabağ məsələsini həll etdi, bu gün Azərbaycan artıq Zəngəzurdan danışır. Artıq danışıqlar masasında Qarabağ yox, Zəngəzur var. Bu fakt özü özlüyündə Azərbaycanın diplomatiyadakı böyük zəfəridir. Hesab edirəm ki, Cənab Prezident İlham Əliyevin rəhbərliyi ilə atılan hər bir addım Azərbaycanı sadəcə və sadəcə irəliyə aparacaqdır. Azərbaycan daim inkişaf edəcəkdir. Düşünürəm ki, Azərbaycanın tarixində hələ 2020-ci il dekabrın 10-da keçirilmiş Zəfər paradlarından hələ çox olacaq. Çünkü Azərbaycana zəfər, Azərbaycan xalqına qələbə yaraşır!
 
Fəridə Qafarqızı
скачать dle 12.1

Şərhlər

XƏBƏR LENTİ