SON DƏQİQƏ

Sabah hava necə olacaq?

Cəmiyyət / Manşet

"Qarabağ"dan daha bir qalibiyyət

Tarix:4-12-2021, 20:32 Oxunub:2 167

Futbol üzrə Azərbaycan Premyer Liqasında XIII turun daha bir oyunu keçirilib.

"Azərsun Arena”da "Qarabağ” "Sabah” komandasını qəbul edib.

 

FIFA referisi Əliyar Ağayevin idarə etdiyi qarşılaşma meydan sahiblərinin böyük hesablı qələbəsi ilə yekunlaşıb – 5:1.

Hesabı 16-cı dəqiqədə”Qarabağ”ın yarımmüdafiəçisi Abdullah Zubir açıb. 27-ci dəqiqədə Bəxtiyar Həsənalızadə bərabərlik qolunu vursa da, 35-ci dəqiqədə Filip Ozobiç Ağdam komandasını yenidən önə çıxarıb.

Fasilədən sonra "Qarabağ” daha 3 qol vurub. 51-ci dəqiqədə Abdullah Zubir dubl edib. 77-ci və 90-cı dəqiqələrdə isə İbrahima Vadji uzun müddətdən sonra fərqlənərək, matçda son nöqtəni qoyub.

Bu qələbədən sonra xalını 30-a çatdıran "Qarabağ” liderliyini davam etdirib və vaxtından əvvəl qış çempionu olub. "Sabah” isə 5 oyundan sonra və yeni baş məşqçisi Murad Musayevin rəhbərliyi altında ilk məğlubiyyətlə üzləşərək, 14 xalla 5-ci pillədə qalıb.

Qeyd edək ki, turun açılış oyununda "Keşlə” evdə "Səbail” üzərində qələbəni əldən verib – 2:2. Tura dekabrın 5-də keçiriləcək "Neftçi” – "Sumqayıt” və "Zirə” – "Qəbələ” oyunları ilə yekun vurulacaq.

FACEBOOK ŞƏRH

SON XƏBƏRLƏR

İDMAN

<