SON DƏQİQƏ

Sabah hava necə olacaq?

Cəmiyyət / Manşet

Azərbaycan Türkiyə əməkdaşlığı gücləndirir

Tarix:4-12-2021, 18:29 Oxunub:1 035

Diasporla İş üzrə Dövlət Komitəsinin sədri Fuad Muradovun Londonda Azərbaycan icmasının üzvləri ilə keçirdiyi görüşdə Türk Okullar Dərnəyinin rəhbəri və türk icmasının nümayəndələri, eləcə də Güney Azərbaycandan olan soydaşlarımız iştirak ediblər.

Görüşdə müxtəlif ölkələrdə Azərbaycan və Türk diaspor təşkilatlarının birgə fəaliyyətinin zəruriliyi vurğulanıb. Qeyd olunub ki, 15 iyun 2021-ci ildə Azərbaycanın mədəniyyət paytaxtı Şuşa şəhərində Türkiyə və Azərbaycan prezidentləri Rəcəb Tayyib Ərdoğan və İlham Əliyev tərəfindən imzalanmış Şuşa Bəyannaməsi də iki ölkənin diasporlarının sıx əməkdaşlığını nəzərdə tutur.

Qeyd edək ki, Diasporla İş üzrə Dövlət Komitəsinin təşkilatçılığı ilə ABŞ və Almaniyada Azərbaycan və türk diasporlarının birgə toplantısı keçirilib. Müxtəlif ölkələrdəki görüşlərdə də türk icmalarının nümayəndələri hər zaman iştirak edib.

FACEBOOK ŞƏRH

SON XƏBƏRLƏR

İDMAN

<