SON DƏQİQƏ

Sabah hava necə olacaq?

Cəmiyyət / Manşet

Qəbirstanlıqdan oğurluq etdilər və...

Tarix:4-12-2021, 18:04 Oxunub:1 044

Goranboy rayonunda qəbiristanlıqlardan oğurluq edən şəxslər müəyyən edilib.

Daxili İşlər Nazirliyinin (DİN) mətbuat xidmətindən verilən məlumata görə, Rayon Polis Şöbəsi əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində Dəyirminlar kənd qəbiristanlığındakı qəbirlərdən birinin ətrafına çəkilmiş dəmir məhəccəri oğurlamaqda şübhəli bilinən Qarasuçu kənd sakini, əvvəllər məhkum olunmuş K.Həsənov saxlanılıb.

Ətrafında aparılan əməliyyat tədbirləri ilə onun həmkəndlisi A.Bayramovla birgə müxtəlif vaxtlarda daha 6 qəbirin ətrafına çəkilən dəmir məhəccərləri oğurlaması da müəyyən edilib.

Əməliyyat tədbirləri ilə A.Bayramov da polis əməkdaşları tərəfindən saxlanılıb.

FACEBOOK ŞƏRH

SON XƏBƏRLƏR

İDMAN

<