SON DƏQİQƏ
» » Mahir Emrelinin oynadığı klubdan daha bir uğur

Mahir Emrelinin oynadığı klubdan daha bir uğur

Tarix:

2-12-2021, 08:27

/ 1 290 dəfə oxundu.
Mahir Emrelinin oynadığı klubdan daha bir uğur

Azərbaycan millisinin futbolçusu Mahir Emrelinin çıxış etdiyi "Legiya" klubu Polşa Kubokunda 1/4 finala yüksəlib.

Varşava təmsilçisi 1/8 finalda "Motor"u səfərdə məğlubiyyətə uğradıb - 2:1.

 

24 yaşlı hücumçu meydana 46-cı dəqiqədə girib. Həmin vaxt "Legiya" 0:1 hesabı ilə geridə olub. Qonaq komanda Lukinyasın 56-cı və Şimon Vlodarçikin 73-cü dəqiqədə vurduğu qollar sayəsində əzmkar qələbə qazanıb.

Növbəti mərhələdə rəqib "Arka Qdınya" komandası olacaq.

скачать dle 12.1

Şərhlər