SON DƏQİQƏ
» » İlham Əliyev bu şəxslə bağlı sərəncam imzaladı

İlham Əliyev bu şəxslə bağlı sərəncam imzaladı

Tarix:

1-12-2021, 17:09

/ 1 284 dəfə oxundu.
İlham Əliyev bu şəxslə bağlı sərəncam imzaladı

Prezident İlham Əliyev "Ağdam rayonunun işğaldan azad edilmiş hissəsində Azərbaycan Respublikası Prezidentinin xüsusi nümayəndəsinin təyin edilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2021-ci il 24 may tarixli 2656 nömrəli Sərəncamının ləğv edilməsi barədə sərəncam imzalayıb.

"Ağdam rayonunun işğaldan azad edilmiş hissəsində Azərbaycan Respublikası Prezidentinin xüsusi nümayəndəsinin təyin edilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2021-ci il 24 may tarixli 2656 nömrəli Sərəncamı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2021, № 5, maddə 493) ləğv edilsin".

***

Prezident İlham Əliyev Qarabağ iqtisadi rayonuna daxil olan işğaldan azad edilmiş ərazilərdə Azərbaycan Respublikası Prezidentinin xüsusi nümayəndəsinin təyin edilməsi haqqında sərəncam imzalayıb.

Sərəncamda deyilir:

"Emin Zamin oğlu Hüseynov "Azərbaycan Respublikasında iqtisadi rayonların yeni bölgüsü haqqında” Azərbaycan Respublikası Prezidentinin 2021-ci il 7 iyul tarixli 1386 nömrəli Fərmanı ilə müəyyən edilmiş Qarabağ iqtisadi rayonuna daxil olan işğaldan azad edilmiş ərazilərdə (Şuşa rayonu istisna olmaqla) Azərbaycan Respublikası Prezidentinin xüsusi nümayəndəsi təyin edilsin".

Qeyd edək ki, Emin Hüseynov buna qədər Prezidentin Ağdam rayonu üzrə xüsusi nümayəndəsi idi.

скачать dle 12.1

Şərhlər

XƏBƏR LENTİ