SON DƏQİQƏ
» » Messi: "Biz mümkün bütün kubokları qazanmaq istəyirik"

Messi: "Biz mümkün bütün kubokları qazanmaq istəyirik"

Tarix:

1-12-2021, 08:36

/ 1 265 dəfə oxundu.
Messi: "Biz mümkün bütün kubokları qazanmaq istəyirik"

Fransanın "Pari Sen-Jermen” futbol komandasının argentinalı hücumçusu Lionel Messi növbəti "Qızıl top"u qazanmaq istəyib-istəməyəcəyi barədə sualı cavablandırıb.

Bu barədə Paris klubunun mətbuat xidməti məlumat yayıb.

"Bu barədə düşünmürəm, mən həmişə ilk növbədə komandanın kuboklarını düşünürəm. Biz bütün mümkün kubokları qazanmaq istəyirik. Fərdi mükafatlar haqqında düşünməyə vaxt yoxdur.

 

Biz hər gün iş görürük və tədricən komandanın məqsədlərinə çatmağa doğru irəliləyirik", - deyə Paris klubunun mətbuat xidməti futbolçudan sitat gətirib.

Xatırladaq ki, noyabrın 29-da Lionel Messi karyerasında yeddinci "Qızıl top”unu qazanıb.

скачать dle 12.1

Şərhlər

XƏBƏR LENTİ