SON DƏQİQƏ
» » Almaniyadan SOS: Bənzəri olmayan fövqəladə vəziyyət...

Almaniyadan SOS: Bənzəri olmayan fövqəladə vəziyyət...

Tarix:

24-11-2021, 23:17

/ 1 305 dəfə oxundu.
Almaniyadan SOS: Bənzəri olmayan fövqəladə vəziyyət...

Yeni növ koronavirus epidemiyası ilə bağlı ölkə indiyə qədər bənzərinin yaşanmadığı fövqəladə vəziyyətə doğru gedir.

GunAz.az xəbər verir ki, bunu Almaniya hökumətinin sözçüsü Şteffen Zaybert deyib.

"Xəstəxanalar sürətlə dolur. Çarpayılar və mövcud reanimasiya personalı azalır", - Zaybert söyləyib.

O qeyd edib ki, ağır COVİD-19 xəstələri məcburiyyətdən ucqar bölgələrə yerləşdirilir və təcili əməliyyatlar təxirə salınır.

Epidemiyada dördüncü dalğanın və virusun sürətlə yayılmasının qarşısının alınması üçün lazım olan hər şeyin edilməsi lazım olduğunu vurğulayan Zaybert təxminən 4 min COVİD-19 xəstəsinin reanimasiyada olduğunu və onların yarıdan çoxunun süni nəfəs aparatına yerləşdirildiyini vurğulayıb.


скачать dle 12.1

Şərhlər

XƏBƏR LENTİ