SON DƏQİQƏ
» » Heydər Əliyevin xatirəsinə həsr olunan “Türk dünyasının dahi şəxsiyyəti” adlı məqalələr toplusu nəşr olunub

Heydər Əliyevin xatirəsinə həsr olunan “Türk dünyasının dahi şəxsiyyəti” adlı məqalələr toplusu nəşr olunub

Tarix:

24-11-2021, 14:24

/ 2 233 dəfə oxundu.
Heydər Əliyevin xatirəsinə həsr olunan “Türk dünyasının dahi şəxsiyyəti” adlı məqalələr toplusu nəşr olunub

Qırğızıstanda fəaliyyət göstərən Türkdilli Dövlətlərin Siyasətinə Dəstək Fondunun sifarişi ilə ulu öndər Heydər Əliyevin xatirəsinə həsr olunan "Türk dünyasının dahi şəxsiyyəti” adlı məqalələr toplusu Azərbaycan və rus dillərində nəşr olunub.

Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyevanın İssık-Kul haqqında şeiri 12 dilə tərcümə olunaraq yeni nəşrə daxil edilib.

AZƏRTAC xəbər verir ki, akademik Yaqub Mahmudov nəşrə "Heydər Əliyev - zaman və məkan anlayışlarından ucada duran azərbaycanlı dahi" adlı "Ön söz” yazıb. Topludakı "Ata yurdumuzun Atatürkü" başlıqlı ilk məqalənin müəllifi də Yaqub Mahmudovdur.

Tarixçi alim qeyd edir ki, ulu öndər Heydər Əliyev torpağımızın, xalqımızın, dilimizin üzərindəki əzəli və əbədi "Azərbaycan" möhürünü özümüzə qaytardı. Bununla da, reallaşmaqda olan etnik toqquşmalar ehtimalı aradan qaldırıldı. Bizimlə birlikdə azadlığa çıxmış qardaş Qazaxıstan, Özbəkistan, Qırğızıstan və Türkmənistanla ənənəvi dostluq münasibətlərimiz bərpa olundu. Hazırda ulu öndərin siyasi kursu Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilir və Azərbaycan qardaş türk dövlətləri ailəsinin bərabərhüquqlu üzvüdür.

Nəşrdə Tarix İnstitutunun elmi işlər üzrə direktor müavini Cəbi Bəhramovun "Heydər Əliyevin neft strategiyası müasir Azərbaycan dövlətinin inkişafının təməl daşıdır", həmin institutun Qarabağ tarixi şöbəsinin müdiri Güntəkin Nəcəflinin "Heydər Əliyev - Azərbaycan xalqının milli təəssübkeşi (akademik Yaqub Mahmudovun xatirələri əsasında)", "Modern İnkişaf və Ailə" İctimai Birliyinin sədri Zərifə Quliyevanın "15 iyun tariximizin qurtuluşunun zirvəsidir", Azərbaycan Prezidenti Administrasiyasının məsul işçisi Qafar Əliyevin "Müasir Azərbaycan dövlətinin banisi, xilaskarı və qurucusu - Heydər Əliyev" və digər müəlliflərin məqalələri yer alıb. Topluya Türkiyə, Qırğızıstan və başqa ölkələrin tədqiqatçılarının məqalələri də daxil edilib.

Türkdilli Dövlətlərin Siyasətinə Dəstək Fondunun prezidenti Nüsrət Məmmədov bildirib ki, bu toplu fondun nəşr etdirdiyi 126-cı kitabdır. Fond öz ənənəsinə sadiq qalaraq bu kitabı da Mərkəzi Asiya ölkələrində pulsuz yayacaq.

Qulu Kəngərli
скачать dle 12.1

Şərhlər