SON DƏQİQƏ

Cavanlaşmaq istəyirsiz?- Elə isə oxuyun

Tarix:

24-11-2021, 09:44

/ 1 437 dəfə oxundu.
Cavanlaşmaq istəyirsiz?- Elə isə oxuyun

Yaş artdıqca özümüzə daha çox diqqət ayrımağa başlayırıq. Qocalmaq, dərimizin qırışması, haldan düşmə, əzginlik isə yaş artdıqca bizi addım-addım izləyir.
 
Qocalma prosesini yavaşladan ən təsirli vasitələrdən biri püstədir. Cavanlaşmağın, daha təravətli qalmağın tək sirri ondadır. B qrupu, E, C,PP, A vitaminləri, mis, marqans, fosfor, selen, sink, kalium, maqnezium mineralları, aminturşuları, polidoymamış yağ turşuları və s. ilə zəngin olan püstə insana xoş əhval-ruhiyyə, təravət bəxş edir. Sinir sistemi üçün çox faydalı hesab edilir. Püstə əqli fəaliyyəti yaxşılaşdırır, orqanizmdə gedən dağılma və qocalma prosesləri ləngidir, hüceyrələrin cavan qalmasını təmin edir.

Həmçinin nəfəs yolları xəstəlikləri, göz, ürək və damar xəstəlikləri üçün faydalı olmaqla o həm də qanda xolesterinin səviyyəsini aşağı salır. E vitamini ilə zəngin olan püstə dərinin cavanlığı və sağlamlığı üçün kosmetoloqlar tərəfindən tövsiyə olunur. Qaraciyərə müsbət təsir edir. 
скачать dle 12.1

Şərhlər

XƏBƏR LENTİ