SON DƏQİQƏ

Çelsi Yuventusu darmadağın etdi-NƏTİCƏLƏR

Tarix:

24-11-2021, 08:24

/ 1 393 dəfə oxundu.
Çelsi Yuventusu darmadağın etdi-NƏTİCƏLƏR

Noyabrın 23-də futbol üzrə UEFA Çempionlar Liqasının qrup mərhələsində V tura start verilib.

Turun ilk oyun günündə E, F, G və H qruplarında ümumilikdə 8 qarşılaşma keçirilib. Turun ən maraqlı oyunu İngiltərədə keçirilib. "Çelsi" doğma meydanda "Yuventus" klubunu qəbul edib. Gərgin keçən qarşılaşmada London təmsilçisi Turin komandasının qapısından dörd cavabsız top keçirib.

Gün ərzində keçirilən turun digər oyunlarının hesabları aşağıda qeyd olunub:

E qrupu

"Dinamo Kiyev" (Ukrayna) - "Bavariya" (Almaniya) - 1:2;

"Barselona" (İspaniya) - "Benfika" (Portuqaliya)- 0:0.

Qrupdakı vəziyyət: "Bavariya" - 15, "Barselona" - 7, "Benfika" - 5, "Dinamo" - 1.

F qrupu

"Vilyarreal" (İspaniya) - "Mançester Yunayted" (İngiltərə) - 0:2;

"Yanq Boyz" (İsveçrə) - "Atalanta" (İtaliya) - 3:3.

 

Qrupdakı vəziyyət: "Mançester Yunayted" - 10, "Vilyarreal" - 7, "Atalanta" - 6, "Yanq Boyz" - 4.

G qrupu

"Lill" (Fransa) - "Zaltsburq" (Avstriya) - 1:0;

"Sevilya" (İspaniya) - "Volfsburq" (Almaniya) - 2:0.

Qrupdakı vəziyyət: "Lill" - 8, "Zaltsburq" - 7, "Lill" - 5, "Sevilya" - 6, "Volfsburq" - 5.

H qrupu

"Malmö" (İsveç) - "Zenit" (Rusiya) - 1:1;

"Çelsi" (İngiltərə) - "Yuventus" (İtaliya) - 4:0.

Qrupdakı vəziyyət: "Çelsi" - 12, "Yuventus" - 12, "Zenit" - 4, "Malmö" - 1.

Qeyd edək ki, hələlik "Bavariya” və "Yuventus” ilə yanaşı, "Liverpul”, "Ayaks", "Mançester Yunayted" və "Çelsi" klublarının da pley-offa vəsiqə qazanması dəqiqləşib.

скачать dle 12.1

Şərhlər

XƏBƏR LENTİ