SON DƏQİQƏ

Bakıda film kimi oğurluq- Kartı oğurlayıb...

Tarix:20-11-2021, 18:23 Oxunub:2 018

Nəsimi Rayon Polis İdarəsinin 22-ci Polis Şöbəsinə noyabrın 15-də Bakı şəhər sakini Ə.Cəbrayılovun "Chevrolet” markalı avtomobilindən bank kartının oğurlanması və hesabından 126 manat pulunun çıxarılması barədə məlumat daxil olub.

Daxili İşlər Nazirliyindən (DİN) verilən məlumata görə, əməliyyat-axtarış tədbirləri nəticəsində oğurluq əməlini törətməkdə şübhəli bilinən Bakı şəhər sakini, əvvəllər narkotiklərlə əlaqəli cinayətə görə məhkum olunmuş M.Abbasov müəyyən edilərək saxlanılıb.

Faktla bağlı araşdırma aparılır.

FACEBOOK ŞƏRH

SON XƏBƏRLƏR

İDMAN

<