SON DƏQİQƏ
» » Mina partlayışı ilə bağlı cinayət işi açıldı

Mina partlayışı ilə bağlı cinayət işi açıldı

Tarix:

15-11-2021, 19:19

/ 1 405 dəfə oxundu.
Mina partlayışı ilə bağlı cinayət işi açıldı

Noyabrın 15-də saat 17 radələrində 1980-ci il təvəllüdlü Ağayev Zaur İsa oğlunun Ağdam rayonunun işğaldan azad edilmiş Tağıbəyli kəndi ərazisində piyada əleyhinə minaya düşməsi barədə rayon prokurorluğuna məlumat daxil olub.

Bu barədə Ağdam Rayon Prokurorluğundan məlumat verilib.

Aparılmış araşdırmalarla Zaur Ağayevin kənd-təsərrüfat fəaliyyəti ilə məşğul olarkən qeyd edilən ərazidə minaya düşməsi nəticəsində ölməsi müəyyən edilib.

 

Faktla bağlı Ağdam Rayon Prokurorluğu tərəfindən Cinayət Məcəlləsinin müvafiq maddələri ilə cinayət işi başlanıb.

Hazırda cinayət işi üzrə istintaq davam edir.

скачать dle 12.1

Şərhlər