SON DƏQİQƏ
» » Nərimanov rayonundakı 69 saylı körpələr evi-uşaq bağçasında MÖHTƏŞƏM Zəfər bayramı tədbiri... FOTO/VİDEO

Nərimanov rayonundakı 69 saylı körpələr evi-uşaq bağçasında MÖHTƏŞƏM Zəfər bayramı tədbiri... FOTO/VİDEO

Tarix:

4-11-2021, 21:42

/ 5 099 dəfə oxundu.
Nərimanov rayonundakı  69 saylı  körpələr evi-uşaq bağçasında MÖHTƏŞƏM  Zəfər bayramı tədbiri... FOTO/VİDEO

Bakının     Nərimanov rayonundakı  69 saylı  körpələr evi-uşaq bağçasında  Zəfər bayramına həsr olunmuş  tədbir  keçirilib. Tədbirdə  Müzəffər Ali Baş Komandan Prezident İlham Əliyevin rəhbərliyi ilə şanlı Ordumuzun xalqımıza bəxş etdiyi  Zəfər tarixinin mahiyyəti açıqlanıb.

Bildirilib ki, Azərbaycan Dövlətinin və xalqının tarixinə müqəddəs Şəhid qanıyla yazılan 27 sentyabr 2020-ci il həm də bizim böyük  Zəfər yolumuz oldu. Həmin gün Ali Baş Komandanın əmri ilə əks hücuma keçən Azərbaycan Ordusu 30 illik həsrətimizin vüqarlı sonu ilə bizi fərəhləndirdi. Azərbaycan Prezidenti cənab İlham Əliyevin xalqa etdiyi müraciətin hər bir fikri  bir şüara çevrildi,  uşaqlardan tutmuş böyüklərə  qədər hər kəsin dilinin əzbəri oldu. Ulu əcdadlarımızın zəngin dövlətçilik və hərb tarixindən ilhamlanan Azərbaycan xalqı daha bir şanlı qəhrəmanlıq salnaməsi yazaraq özünün qalib xalq olduğunu bütün dünyaya sübut etdi və düşmən üzərində tarixi zəfər çaldı!

Tədbirdə qeyd olunub ki, Prezident İlham Əliyevin möhkəm iradəsi, qəhrəman hərbçilərimizin şücaəti, rəşadəti hesabına, şəhidlərimizin qanı-canı bahasına bütün dünya Azərbaycanın şanlı qələbəsinin şahidi oldu. 

Vətən müharibəsi dövründə Azərbaycanın dinc şəhər və kəndlərinə vurulmuş raket-artilleriya zərbələri nəticəsində uşaqların da ziyan çəkdikləri xatırlanıb, Gəncə, Tərtər, Bərdə rayonlarında baş verən hadisələrin bunun əyani sübutu olduğu diqqətə çatdırılıb.

Sonda uşaqlar milli və Zəfər qələbəsinin atributları ilə bəzədilmiş,  Xarı bülbülün  rəngləri ilə  süslənmiş sarayda özündə vətənpərvərlik  duyğularını   əks etdirən kompozisiya ilə çıxış ediblər. Uşaqlar vətənpərvərlik və qələbə ruhlu şeirlər səsləndirib, mahnılar oxuyublar, videoçarxlara  baxıblar.


скачать dle 12.1

Şərhlər

XƏBƏR LENTİ