SON DƏQİQƏ

Alim Qasımov bu şəxslərlə quda oldu

Tarix:4-11-2021, 16:28 Oxunub:3 513

Əməkdar artist Fərqanə Qasımova və "Natiq" ritm qrupunun rəhbəri, Xalq artisti Natiq Şirinov qohum olub.

Natiq Şirinov instaqramda ailəvi bir foto paylaşıb. Məlum olub ki, nağara ifaçısının oğlu Ümid xanəndənin qızı Fatimə ilə ailə qurmağa hazırlaşır. N.Şirinov fotoya "Canım oğlum Ümid, gözəl qızım Fatimə, bir ömür boyu xoşbəxt olun!" sözlərini yazıb.

"Qızım sənə həyatda Ümidlə birgə bir ömür xoşbəxtlik arzu edirəm. Allah bütün valideynlərə uşaqlarının sevincini görməyi qismət etsin. Bütün subaylara qismət!", - F. Qasımova instaqramda yazıb.

FACEBOOK ŞƏRH

SON XƏBƏRLƏR

İDMAN

<