SON DƏQİQƏ

Xalq yazıçısından GÖRÜNMƏYƏN XƏTA

Tarix:

2-11-2021, 09:54

/ 2 371 dəfə oxundu.
Xalq yazıçısından GÖRÜNMƏYƏN XƏTA

 Rauf İlyasiğlu
Xalq yazıçısı çıxışına bir iki cümlə də əlavə etsəydi , daha mükəmməl olardı.
Sizin bəzi çıxışlarınızı alqışlayıram.Yadınıza salıram ki, bəzən ulduza çevrilmiş populyar artistlərimiz birdən ağızlarından elə söz qaçırırlar ki, xalqın gözündən düşürlər.
Dünya Azərbaycanlılarının Mədəniyyət mərkəzinin rəhbəri olaraq edəcəyiniz çıxışı əvvəl oxuyun, sonra mətbuata yayın.
Birinci Qarabağ müharibəsində vahid komandanlıq olmasa da, vətənin qeyrətli oğulları silaha sarılaraq kəndlərini, qəsəbələrini, doğma yurdlarını qoruyaraq şəhid oldular.
30 ildir ki, bədənində qəlpə gəzdirən goyuşcülərimizin xidmətlərini heçə endirmək məncə ədalətsizlikdir
Bu müharibədə və atəşkəs olandan sonra da 20 min nəfərdən çox şəhidimiz , qazımız , itkin düşənlərimiz olubsa, orduda, vəzifələrdə anası ermənilər satqınçılıqla , yaltaqlıqla məşğul olubsa, anaların, bacıların göz yaşları qurumayıbsa, oğul deyərək ürəyi partlayan ataların , anaların ruhuna toxunmaq vicdansızliqdır.
Çingiz Abdullayev gərək deyəydi ki, 44 günlük müharibədə igid oğullarımız cəmi şəhidlərimizin qisasını aldılar.
Ruslar tərəfindən silahlandirilmiş erməni quldurlarına qarşı vətənin qeyrətli oğulları 1988 ci ildən 1994 cu ilə qədər sinələrini qabağa verdilər, müqavimət göstərərək şəhid oldular.
Birinci Qarabağ müharibəsində 18500 nəfər şəhid 3700 nəfər itkin və əsir, 40000- ə yaxın yaralı vermişiksə, bu müharibə deyildimi ?
Aprel döyüşlərində Nəcməddin Sadıqov kimi rusdilli satqınlların ucbatından Pəncəli Teymurov, Raqub Orucov kimi yüzlərlə qeyrətli oğullar güdaza verilmədimi?
Əlbətdə ki, İlham Əliyev xilaskar komandan olaraq adını tarixə qızıl hərflərlə yazdı .
Əgər milli satqınlarımız olmasaydı, daha az itki verərdik.
Görəsən Fatma Abdullazadənin yaxın qohumu Çingiz Abdullayevin də mənim kimi bibisi oğlu, qardaşı oğlu, qardaşı, əmisi uşaqları, ömür gün yoldaşının dayıları, yaxın qohumları istər birinci, istərsə də ikinci vətən müharibəsində şəhid olubmu?
Professor, görkəmli alim , karikaturaçı rəssam Kərim Məmmədxan oğlu Kərimov 1990 cı illərdə formalaşmaqda olan. milli ordumuza 100 min dollar keçirdəndə, 2020 -ci ildə 1 ci Vətən müharibəsi əlili, qazımız , bu günə qədər də kirayədə yaşayan və dəva dərmanlarına pul çatdırmayan Hacı Həsən Hüseyni iki aylıq təqaüdünü ordumuza kömək məqsədi ilə keçirdəndə, dedektiv əsərləriniz xarici ölkələrdə kütləvi surətdə nəşr olunanda qazancınızdan hansısa bir şəhid balasına köməyiniz deyibmi?
Çingiz Abdullayevə hörmətimiz var , Sözünü deyən yazıçıdır . Çox heyf ki, bu çıxışına əvvəlinə qulaq asmamışam.Hər halda o müharibə deyildisə, bəs nə idi?
Muharibə deyildisə, bu qədər şəhidləri niyə verirdik ? Vətən uğrunda döyüşərək canını qurban verən hər kəsə şəhid deyilir. Şəhidin isə nə köhnəsi, nə də təzəsi olur. Şəhidlər qürurumuzdur .
 
İndi göstərilir
 
 
 

скачать dle 12.1

Şərhlər

XƏBƏR LENTİ