SON DƏQİQƏ

Zlatan İbrahimoviç yeni uğura imza atıb

Tarix:

25-10-2021, 08:39

/ 2 433 dəfə oxundu.
Zlatan İbrahimoviç yeni uğura imza atıb

"Milan" klubunun fubolçusu Zlatan İbrahimoviç İtaliya A Seriyasında yeni uğura imza atıb.
GunAz.az "Opta" nəşrinə istinadən xəbər verir ki, 40 yaşlı hücumçu buna IX turda "Bolonya"nı səfərdə 4:2 hesabı ilə məğlub etdikləri oyunda nail olub.
İsveçli forvard 90-cı dəqiqədə fərqlənməklə "rossonerilər"in 4-cü qoluna imza atıb. İbrahimoviç turnir tarixində 40 yaşdan sonra qol vuran 4-cü oyunçu adına yiyələnib.
Daha əvvəl bunu Silvio Piola, Pyetro Verhovod və Alessandro Kostakurta bacarıb.
Qeyd edək ki, "Milan" 9 matçdan sonra 25 xalla turnir cədvəlinə başçılıq edir. Rəqibindən bir qarşılaşma az keçirən "Napoli" 24 xalla ikinci sıradadır.
скачать dle 12.1

Şərhlər