SON DƏQİQƏ

Çempionlar liqasında bu günün oyunları

Tarix:

19-10-2021, 09:16

/ 3 002 dəfə oxundu.
Çempionlar liqasında bu günün oyunları

Bu gün futbol üzrə UEFA Çempionlar Liqasının qrup mərhələsində III tura start veriləcək

İlk oyun günündə A, B, C və D qruplarında ümumilikdə 8 qarşılaşma baş tutacaq. Görüşlərin ikisi Bakı vaxtı ilə saat 20:45-də, altı oyun isə 23:00-da start götürəcək.

Türkiyənin turnirdə yeganə təmsilçisi "Beşiktaş” səfərdə Portuqaliyanın "Sportinq” komandası ilə üz-üzə gələcək. Hazırda hər iki komanda hərəyə bir xalla qrupda 3-4-cü yerləri bölüşdürür. C qrupunun digər qarşılaşmasında Niderland təmsilçisi "Ayaks” doğma meydanda Almaniyanın "Borussiya Dortmund” klubu ilə vahid liderlik uğrunda mübarizə aparacaq.

Gün ərzində aşağıdakı görüşlər keçiriləcək:

A qrupu

"Brügge” (Belçika) – "Mançester Siti” (İngiltərə);

"Paris Sen-Jermen” (Fransa) – "Leyptsiq” (Almaniya).

Qrupdakı vəziyyət: "Paris Sen-Jermen” - 4, "Brügge” - 4, "Mançester Siti” - 3, "Leyptsiq” - 0.

B qrupu

"Portu” (Portuqaliya) – "Milan” (İtaliya);

"Atletiko Madrid” (İspaniya) – "Liverpul” (İngiltərə).

 

Qrupdakı vəziyyət: "Liverpul” - 6, "Atletiko Madrid” - 4, "Portu” - 1, "Milan” - 0

C qrupu

"Beşiktaş” (Türkiyə) – "Sportinq” (Portuqaliya);

"Ayaks” (Niderland) – "Borussiya Dortmund” (Almaniya).

Qrupdakı vəziyyət: "Ayaks” - 6, "Borussiya Dortmund” - 6, "Beşiktaş” - 0, "Sportinq” – 0.

D qrupu

"İnter” (İtaliya) – "Şerif” (Moldova);

"Şaxtyor Donetsk (Ukrayna) – "Real Madrid” (İspaniya).

Qrupdakı vəziyyət: "Şerif”- 6, "Real Madrid” - 3, "İnter” - 1, "Şaxtyor” – 1.

Qeyd edək ki, üçüncü turun digər 8 qarşılaşması oktyabrın 20-də baş tutacaq.

скачать dle 12.1

Şərhlər

XƏBƏR LENTİ