SON DƏQİQƏ
» » Azərbaycanda VAR sisteminin tətbiqi ilə bağlı təlim başladı

Azərbaycanda VAR sisteminin tətbiqi ilə bağlı təlim başladı

Tarix:

18-10-2021, 23:35

/ 1 451 dəfə oxundu.
Azərbaycanda VAR sisteminin tətbiqi ilə bağlı təlim başladı

Bakı Olimpiya Stadionunun iclas zalında Azərbaycan Premyer Liqasının oyunlarını idarə edən hakimlər və hakim köməkçilərinin, həmçinin Birinci Divizion qarşılaşmalarına təyinat alan bəzi referilərin iştirakı ilə təlimə start verilib.

GunAz.az AFFA-nın rəsmi saytına istinadən xəbər verir ki, FIFA-nın təlimatçısı Valentin İvanov ZOOM platforması üzərindən təlimə qoşularaq VAR (Video köməkçi hakim) protokolunun tətbiqi sahəsində hakimləri məlumatlandırıb. Oyunlardan videogörüntülər nümayiş etdirilərək VAR-ın hansı epizodlarda, hansı qayda pozuntularında və nə zaman müdaxilə etməli olduğunu iclas iştirakçılarının diqqətinə çatdırılıb.

 

İki gün davam edəcək təlimdə İvanov və AFFA Hakimlər Komitəsinin sədri Frits Ştuxlik VAR protokolu barədə ədalət təmsilçilərinin suallarını cavablandıracaq.


скачать dle 12.1

Şərhlər

XƏBƏR LENTİ