SON DƏQİQƏ

Tarif Şurasının ƏNDRƏBADƏSİ

Tarix:

18-10-2021, 08:36

/ 2 992 dəfə oxundu.
Tarif Şurasının ƏNDRƏBADƏSİ

 Tarif (qiymət) Şurası təbii qaz üzrə topdansatış və pərakəndə satış qiymətlərinin tarif tənzimlənməsinə dair qərar qəbul edib.

Şura ənənəvi olaraq qazın qiymətinin artırılması səbəblərini "əsaslandırmağa" cəhd edib və bu zaman əndrəbadi bir "əsas" göstərib. Tarif dəyişikliyinin aparılmasının daxili zərurəti və səbəblərindən bəhs edərkən yazırlar ki: "...təbii qazın hasilatı və əhaliyə çatdırılmasına xərclənən vəsait təbii qazın satışından əldə olunan vəsaitdən xeyli dərəcədə aşağıdır və qaz təchizatı fəaliyyəti zərərlə nəticələnir" (?). Cənablar, necə olur ki, təbii qazın satışından əldə olunan vəsaitlərin, onun hasilatı və əhaliyə çatdırılmasına xərclənən vəsaitlərdən çoxluğu qaz təchizatı fəaliyyətinin zərərlə nəticələnnməsinə səbəb olur?

Tarif dəyişikliyinin aparılmasının xarici zərurəti və səbəblərindən bəhs edərkən son zamanlar dünya bazarında təbii qazın satış qiymətinin sürətlə artdığını göstərirlər(?). Cənablar məgər qaz ixracatçısı olan Azərbaycanın xarici bazarda satdığı qazın qiyməti artırsa bunun müqabilində daxili bazarda qazın əhaliyə satış qiymətini azaltmaq daha məqbul olmazdımı?

Tarif Şurası təbii qaz tarifləri üzrə Azərbaycanı qaz idxal edən Türkiyə, Ukrayna, Gürcüstan və Belarusla müqayisə edir. Nə üçün Tükmənistan, Rusiya və İranla müqayisə etmirsiniz?

Bu gün Prezident İlham Əliyev əhalinin sosial rifahının qorunması sahəsində əlavə tədbirlər haqqında sərəncam imzalayıb. Son zamanlar istehlak qiymətlərinin kəskin artmasının əhalinin güzəranına mənfi təsirlərini yümşaltmaq üçün Sərəncamla Nazirlər Kabinetinə əməkhaqlarının, əmək pensiyalarının və sosial müavinətlərin, təqaüdlərin və digər sosial ödənişlərin məbləğlərinin artırılmasının təmin edilməsi ilə bağlı Azərbaycan Respublikasının 2022-ci il dövlət büdcəsi layihəsində müvafiq tədbirlərin əks etdirilməsi üçün təkliflərini hazırlayıb Azərbaycan Respublikasının Prezidentinə təqdim etmək və sərəncamdan irəli gələn digər məsələləri həll etmək tapşırılıb. Bu təqdirəlayiqdir. Ancaq bunlar nə zaman həyata keçirələcək?

Cənablar, qazın (eləcə də, elektrik enerjisinin) qiymətlərini əmək haqları və pensiyalar artandan sonra qaldırmaq daha düzgün olmazdımı?

Teyyub QƏNİOĞLU

Azərbaycan Təkamül Partiyasının sədri

скачать dle 12.1

Şərhlər

XƏBƏR LENTİ