SON DƏQİQƏ

Səni Şuşada qarşılayacam ANA!

Qarabağ müharibəsi / Manşet

Ev almaq istəyənlərə şad xəbər

Tarix:16-10-2021, 18:18 Oxunub:3 360

Bakıda sentyabr ayında ilkin mənzil bazarında qiymətlər əvvəlki ayla müqayisədə 3,57 faiz ucuzlaşıb.

Bunu "MBA Group" konsaltinq şirkətinin direktoru, əmlak məsələləri üzrə ekspert Nüsrət İbrahimov deyib.

 

O qeyd edib ki, ötən ay ərzində ilkin mənzil bazarında 1 kvadratmetrin orta qiyməti 1 377 manat təşkil edib. Mənzillərin qiyməti bu ilin sentyabr ayında əvvəlki ayla müqayisədə 3,57 faiz ucuzlaşıb, ötən ilin eyni dövrü ilə müqayisədə isə 4,64 faiz bahalaşıb.

Ötən ay orta hesabla ucuz mənzilin 1 kvadratmetrinin qiyməti 936 manat, baha mənzillərin isə 1 kvadratmetrinin qiyməti 2368 manat təşkil edib. (trend)

FACEBOOK ŞƏRH

SON XƏBƏRLƏR

İDMAN

<