SON DƏQİQƏ

Təbii qazın qiyməti niyə bahalaşdı?

Tarix:

16-10-2021, 16:52

/ 3 581 dəfə oxundu.
Təbii qazın qiyməti niyə bahalaşdı?

Qazla bağlı əhalinin illik istehlakının 1200 m3-dək olan hissəsi üçün tariflər 10 qəpikdən 12 qəpiyə artırılıb. Qeyd edim ki, istehlak səbətində bir nəfər üçün aylıq qaz istehlakı həcmi 21 kub metr müəyyənləşdirilib. Orta statistik ailə tərkibinin 4 nəfər olduğunu nəzərə alsaq, bu da il ərzində təxminən 1.000 kub metr qaz istehlakı deməkdir. Yeni tariflərin istehlak edilən qaz üzrə ödəmələrində 4 nəfərdən ibarət bir ailənin aylıq istehlak səbətinə birbaşa təsiri 1,72 manat həddində olacaq. Reallıq ondan ibarətdir ki, Dövlət Neft Şirkətinin bütün illik hesabatlarında qeyd olunurdu ki, Azərbaycanın daxili bazarında qazın satışı şirkətə gəlir gətirmir”.

Bunu açıqlamasında neft-qaz məsələləri üzrə ekspert İlham Şaban deyib.

Ekspert bildirib ki, hətta şirkət bu istiqamətdə ziyanla işləyir:

"Orada hər il dəyişən müxtəlif rəqəmlər göstərilirdi. Görünən odur ki, qazın maya dəyəri ilə satışı arasında disbalans var. Ancaq buna görə qazın qiymətləri qalxa bilər. Qiymətlərin qalxması ölkənin gəlirlərindən asılı olan məsələdir. Dövlətin gəliri yaxşı olanda əhali üçün də öz imkanlarını genişləndirir. Deməli, dövlətin gəlirləri azalıb və öz büdcəsinin üzərindəki gərginliyi azaltmaq labüdləşir”.

 

İlham Şabanın fikrincə, bu, dünyanın hər yerində belədir:

"İnsanlar bir şeyi başa düşməlidirlər ki, dövlətin əvvəlki gəliri, qazancı yoxdur. Dövlətin gəlirlərinin 90 faizi neftdən formalaşırdı. 2011-ci ildə - pik vaxtda bizim neft gəlirlərimiz 20 milyardın altında olub. Ancaq indiki gəlirimiz bundan 4 dəfə aşağıdır. Üstəlik, dövlətin müxtəlif istiqamətlərdə xərcləri artıb. Dövlət bunu açıq şəkildə deməsə də, vətəndaşlar başa düşməlidirlər dövlət hər şeyi ucuz qiymətə edə bilmir”.

скачать dle 12.1

Şərhlər

XƏBƏR LENTİ