SON DƏQİQƏ
» » Pensiya ilə bağlı sərəncamın icrasına başlanıldı

Pensiya ilə bağlı sərəncamın icrasına başlanıldı

Tarix:

16-10-2021, 16:33

/ 4 057 dəfə oxundu.
Pensiya ilə bağlı sərəncamın icrasına başlanıldı

Nazirlər Kabineti Prezident İlham Əliyevin sosial rifahın qorunmasına dair sərəncamının icrasına başlayıb.

Bu barədə Nazirlər Kabinetindən məlumat verilib.

"Bu gün Prezident İlham Əliyevin imzaladığı 16 oktyabr 2021-ci il tarixli "Əhalinin sosial rifahının qorunması sahəsində əlavə tədbirlər haqqında” Sərəncam əhalinin, xüsusilə həssas qruplardan olan vətəndaşların sosial rifahının qorunmasını təmin edir. Sərəncamda Nazirlər Kabinetinə əməkhaqlarının, pensiya və sosial müavinətlərin, təqaüdlərin və digər sosial ödənişlərin məbləğlərinin artırılması ilə bağlı 2022-ci ilin dövlət büdcəsi layihəsində müvafiq tədbirlərin əks etdirilməsi üçün təkliflər hazırlanması və dövlət başçısına təqdim edilməsi haqda tapşırıq verilib. Hökumət həmin təkliflərin hazırlanmasına artıq başlayıb" - məlumatda bildirilib.

скачать dle 12.1

Şərhlər

XƏBƏR LENTİ