SON DƏQİQƏ

Səni Şuşada qarşılayacam ANA!

Qarabağ müharibəsi / Manşet

Səni Şuşada qarşılayacam ANA!

Qarabağ müharibəsi / Manşet

Dünyanın ən böyük aviaşirkəti bağlandı

Tarix:15-10-2021, 23:43 Oxunub:1 198

İtaliyanın ən böyük hava yolu şirkəti olan və 75 ildir fəaliyyət göstərən "Alitalia” oktyabrın 15-də fəaliyyətini tam dayandırıb.

GunAz.az xəbər verir ki, "Alitalia” sonuncu aviareysini Sardiniya adasındakı Kalyari şəhərindən paytaxt Roma istiqamətində həyata keçirib.

 

1946-cı il sentyabrın 16-da qurulan və 1960-cı illərdə Avropanın aparıcı aviaşirkətlərindən biri olan "Alitalia” əsasən son 30 ildə maliyyə böhranı ilə üzləşmişdi. Bu müddət ərzində İtaliya hökuməti təxminən 13 milyard avroluq maliyyə dəstəyi ilə aviaşirkəti müflis olmaqdan xilas etmişdi. Lakin 2020-ci ildə başlayan COVID-19 pandemiyası və tətbiq olunan karantin qaydaları aviaşirkətin fəaliyyətinə mənfi təsir göstərib və şirkət müflis olduğunu açıqlayıb.

"Alitalia”nı 720 milyon avro sərmayə ilə yeni qurulan "Italia Trasporto Aereo” ("ITA”) aviaşirkəti əvəz edəcək. "ITA” oktyabrın 16-dan etibarən ölkənin rəsmi hava yolu şirkəti olacaq.

"ITA”nın "Alitalia”nın təxminən 10 min 500 işçisindən 2800-nü işə götürəcəyi və bəzi hüquqlarını da alacağı bildirilir. "ITA” aviaşirkətinin donanmasında ilkin mərhələdə 52 təyyarə olacaq, bu təyyarələrin bir hissəsi "Alitalia”dan alınıb, bəziləri isə yeni təyyarələrdir. 2025-ci ilin sonuna qədər təyyarələrin sayının 105-ə çatdırılması planlaşdırılır. Axar.az


FACEBOOK ŞƏRH

SON XƏBƏRLƏR

İDMAN

<