SON DƏQİQƏ

Argentina yığması Peruya qalib gəldi

Tarix:

15-10-2021, 08:27

/ 1 571 dəfə oxundu.
Argentina yığması Peruya qalib gəldi

2022-ci ildə Qətərdə keçiriləcək futbol üzrə dünya çempionatının seçmə mərhələsinin XII turunun matçında Argentina yığması Peru millisini qəbul edib.

Buenos-Ayresin "Monumental Antonio Vespucci Liberty” stadionunda keçirilən görüş Argentina millisinin 1:0 hesablı qələbəsi ilə başa çatıb.

Matçda yeganə qolu 43-cü dəqiqədə Lautaro Martines vurub.

Argentina yığması bu qələbədən sonra 22 xal toplayaraq yarış cədvəlində ikinci yerdə qalıb. Komanda DÇ-2022-nin indiki seçmə mərhələsində uduzmayıb. Yığma lider Braziliya seçməsindən 4 xal geri qalır.

Peru seçməsi 11 xalla turnir cədvəlində səkkizinci yerdədir.

Qeyd edək ki, noyabrda Argentina DÇ-2022-nin seçmə mərhələsinin oyunlarına ev sahibliyi edəcək. Yığma noyabrın 11-də Uruqvayla, noyabrın 16-da isə Braziliya seçməsi ilə qarşılaşacaq.

скачать dle 12.1

Şərhlər

XƏBƏR LENTİ