SON DƏQİQƏ

Rusiya MN Azərbaycan karvanının atəşə tutulduğunu təsdiqlədi

Tarix:15-10-2021, 08:06 Oxunub:3 147

Oktyabrın 13-də Sərsəng su anbarının ərazisində, Suqovuşan-Kəlbəcər marşrutu ilə hərəkət edən Azərbaycanın tikinti texnikası karvanı atəşə məruz qalıb.

Bu barədə Rusiya Müdafiə Nazirliyi məlumat yayıb.

Qeyd olunub ki, karvanı Rusiya sülhməramlıları müşayiət edib. Hadisə nəticəsində xəsarət alan olmayıb.

Rusiya sülhməramlı kontingentinin komandanlığı hər iki tərəfin nümayəndələri ilə birlikdə araşdırma aparır.

FACEBOOK ŞƏRH

SON XƏBƏRLƏR

İDMAN

<