SON DƏQİQƏ

Bakı-Tiflis-Qars xətti ilə yükdaşımalar artırılır

Tarix:13-10-2021, 22:24 Oxunub:1 168

Bakı-Tiflis-Qars (BTQ) dəmir yolunun potensialının tam istifadəsinin qarşısında dayanan maneələr birgə səylərlə aradan qaldırılacaq.

GunAz.az xəbər verir ki, bu barədə ötən həftə beynəlxalq 12-ci Nəqliyyat və Rabitə Şurası çərçivəsində Azərbaycan, Gürcüstan və Türkiyə arasında imzalanmış Bakı-Tiflis-Qars dəmir yolu xətti layihəsinin inkişafına dair üçtərəfli protokolunda bildirilir.

Qeyd olunur ki, dəmiryol xəttinin mövcud potensialına nail olması üçün zəruri addımlar atılacaq, prosedurlar sadələşdiriləcək və daşıma əməliyyatları ilə bağlı məsələlər tənzimlənəcək. Bütün bu addımlar BTQ ilə yük daşımalarının artmasına gətirib çıxaracaq.

Protokolin imzalanmasında verdiyi açıqlamada Türkiyənin nəqliyyat və infrastruktur naziri Adil Qaraismayıloğlu bildirib ki, bu marşrut daşımaların artması təqdirində digər dəhlizlərlə rəqabət səviyyəsinə çatacaq.


FACEBOOK ŞƏRH

SON XƏBƏRLƏR

İDMAN

<