SON DƏQİQƏ
» » Əsli Kazımova: “Müstəqillik günü ilə bağlı atılmış bu addım olduqca mühümdür...”

Əsli Kazımova: “Müstəqillik günü ilə bağlı atılmış bu addım olduqca mühümdür...”

Tarix:

13-10-2021, 21:25

/ 2 147 dəfə oxundu.
Əsli Kazımova: “Müstəqillik günü ilə bağlı atılmış bu addım olduqca mühümdür...”

"28 May və 18 Oktyabr tarixinin gərəkdiyi şəkildə adlandırılması olduqca önəmli addımdır”.
Bunu GunAz.az-a açıqlamasında Azərbaycan Sosial Rifah Partiyasının sədri Əsli Kazımova deyib. Onun sözlərinə görə, "Müstəqillik günü” və "Müstəqilliyin bərpası günü” ilə bağlı ideoloji addımın atılması Azərbaycan tarixinin hər bir dövrünün nə qədər önəmli olduğunu vurğulayır: "28 may tarixinin Müstəqillik günü, 18 oktyabr tarixinin isə Müstəqilliyin bərpası günü adlanmdırılması əhəmiyyətli faktordur. Azərbaycanın Vətən Müharibəsində tarixi ədaləti bərpa etməsi SSRİ dövründə süni şəkildə ortaya atılmış "Dağlıq Qarabağ” ifadəsinin siyasi leksikondan çıxarılması, tarixi torpaqlarımızda qurulmuş Ermənistan Respublikası ərazisindəki yaşayış məntəqələrinin Azərbaycanın milli toponimləri ilə təqdim olunması və digər məsələləri aktuallaşdırdı. Vətən müharibəsindən sonra ölkəmizin qədəm qoyduğu yeni inkişaf mərhələsində həmçinin dövlətçilik tariximizdə müstəsna əhəmiyyətə malik tarixi günlərin mahiyyət və məzmun baxımından daha dəqiq təsbit olunması zəruri hal almışdır. Bu gənc nəsil üçün olduqca önəmlidir. Azərbaycan tarixinin hər anının əbədiləşdirilməsi, doğru adlandırılması mühüm məsələdir.Qeyd etmək gərəkdir ki, cümhuriyyət dövründə qəbul olunmuş Dövlət bayrağı, Dövlət gerbi və Dövlət himni müasir Azərbaycan Respublikasının dövlət rəmzləridir. Həm bayraq, həm gerb, həm də himn Azərbaycan Xalq Cümhuriyyətinin mirasıdır və Azərbaycanın dövlət suverenliyini tərənnüm edir. Bu gün başqa dövlətlərin tarixinə nəzər salanda da, eyni prinsipləri müşahidə etmək mümükündür. Misal üçün Gürcüstanda da milli dövlətin doğum günü "Respublika günü” deyil, "Müstəqillik günü” adlandırılır. ABŞ öz yaranma tarixini "İstiqlaliyyət günü” kimi qeyd edir. Qardaş Türkiyə öz müstəqillik gününü "Bağımsızlıq və İstiqlaliyyət” günü kimi tərənnüm edir. Belə misallar yüzlərlə göstərmək olar. Ona görə də, müstəqillik günü ilə bağlı atılmış bu addım olduqca mühümdür və bu addım təqdirə layiq haldır. Bu məsələ müasir Azərbaycan tarixi üçün gərəkli amildir”.
скачать dle 12.1

Şərhlər

XƏBƏR LENTİ