SON DƏQİQƏ
» » Bakıda daha bir məktəbdə koronavirusa yoluxma aşkarlandı

Bakıda daha bir məktəbdə koronavirusa yoluxma aşkarlandı

Tarix:

13-10-2021, 18:43

/ 3 149 dəfə oxundu.
Bakıda daha bir məktəbdə koronavirusa yoluxma aşkarlandı

Paytaxtdakı daha bir özəl məktəbdə şagirdlər arasında koronavirusa yoluxma qeydə alınıb.

Bildirilib ki, Bakı Modern Təhsil Kompleksində bir neçə şagird COVID-19 infeksiyasına yoluxub.
 
Təhsil Kompleksi Oxu.Az-ın sorğusuna cavab olaraq bildirib ki, məktəbin iki şagirdində koronavirusa yoluxma qeydə alınıb:

"Hazırda həmin şagirdlər dərslərə onlayn şəkildə qoşulurlar. Qeyd edək ki, həmin şagirdlər bu xəstəliyə məktəbdə yoluxmayıblar”.

Qeyd edək ki, bir neçə gün əvvəl paytaxtda fəaliyyət göstərən "Baku-Oxford School” özəl məktəbdə də şagirdlər arasında koronavirus yayılmışdı.
скачать dle 12.1

Şərhlər