SON DƏQİQƏ

Millətlər Liqasının qalibi BƏLLİ OLDU

Tarix:

11-10-2021, 08:11

/ 1 425 dəfə oxundu.
Millətlər Liqasının qalibi BƏLLİ OLDU

UEFA Millətlər Liqasında 3-cü yer uğrunda görüş keçirilib.

GunAz.az-ın məlumatına görə, son Avropa çempionu İtaliya Belçika ilə üz-üzə gəlib. Turin şəhərindəki "Yuventus" stadionunda təşkil olunmuş qarşılaşma meydan sahiblərinin qələbəsi ilə başa çatıb - 2:1.

Hesabı 46-cı dəqiqədə Nikolo Barella açıb. 65-ci dəqiqədə Domeniko Berardi penaltidən fərqi artırıb. Belçika millisinin təsəlli qolunu 86-cı dəqiqədə Şarl De Ketelare vurub.

Qeyd edək ki, Millətlər Liqasının final matçında İspaniya və Fransa yığmaları üz-üzə gələcək. Bu gün Milan şəhərindəki "San Siro" stadionunda təşkil olunacaq qarşılaşma Bakı vaxtı ilə saat 22:45-də başlanacaq.

***

UEFA Millətlər Liqasında İspaniya və Fransa milli komandaları arasında final oyunu keçirilib.

İtaliyanın Milan şəhərindəki "San Siro" stadionunda təşkil olunmuş matç Fransanın əzmkar qələbəsi ilə yekunlaşıb - 2:1.

Beləliklə, Fransa millisi ikinci dəfə keçirilən Millətlər Liqasının qalibi olub. İlk qalib 2019-cu ildə Portuqaliya olub.

Qeyd edək ki, 3-cü yeri Belçikaya eyni hesabla qalib gələn İtaliya tutub.

скачать dle 12.1

Şərhlər

XƏBƏR LENTİ