SON DƏQİQƏ

Səyyad Əlizadənin son durumu necədir?

Tarix:

30-09-2021, 10:14

/ 3 778 dəfə oxundu.
Səyyad Əlizadənin son durumu necədir?

Səyyad Əlizadənin səhhətində irəliləyiş yoxdur, hələ də komadadır.

Bu sözləri müğənninin kürəkəni Razim Qarayev deyib.

 

O, bildirib ki, S.Əlizadənin vəziyyəti stabil olaraq qalır: "Heç bir dəyişiklik yoxdur. Saturasiya 90-dır. Komadan ayıltmaq üçün hələ tezdir. Səbəb odur ki, səhhəti ağır olaraq qalır”.

Qeyd edək ki, koronavirusa yoluxan S.Əlizadənin səhhəti ağırlaşdıqdan sonra Zığdakı modul tipli xəstəxanadan Mərkəzi Gömrük Hospitalına köçürülüb. O, xəstəxananın reanimasiya şöbəsinə yerləşdirilib və süni tənəffüs aparatına qoşulub.

скачать dle 12.1

Şərhlər

XƏBƏR LENTİ