SON DƏQİQƏ
» » "Barselona" darmadağinla, "Yuventus qələbə ilə davam edir-NƏTİCƏLƏR-video

"Barselona" darmadağinla, "Yuventus qələbə ilə davam edir-NƏTİCƏLƏR-video

Tarix:

30-09-2021, 09:01

/ 2 325 dəfə oxundu.
"Barselona" darmadağinla, "Yuventus qələbə ilə davam edir-NƏTİCƏLƏR-video

UEFA Çempionlar Liqasının qrup mərhələsində II tura yekun vurulub.

"Report"un məlumatına görə, son oyun günündə E, F, G və H qruplarında matçlar keçirilib.

E qrupunda "Bavariya" Almaniyada Ukraynanın "Dinamo" (Kiyev) klubunu, "Benfika" isə Portuqaliyada İspaniya "Barselona"sını darmadağın edib.

F qrupunda İngiltərənin Mançester Yunayted" komandası "Old Trafford"da İspaniya "Vilyarreal"ına 2:1 hesabı ilə qalib gəlib.

Gecənin ən diqqətçəkən qarşılaşması H qrupunda İtaliya "Yuventus" ilə turnirin son qalibi olan İngiltərənin "Çelsi" klubu arasında oynanılıb. Bu oyunda meydan sahibləri minimal hesablı qələbəyə seviniblər.

Çempionlar Liqası

II tur

29 sentyabr

E qrupu

23:00. "Bavariya" (Almaniya) - "Dinamo" (Kiyev, Ukrayna) - 5:0

Qollar: Robert Levandovski, 12; 27, Serj Qnabri, 68, Leroy, Sane, 74, Erik Şupo-Motinq, 87

23:00. "Benfika" (Portuqaliya) - "Barselona" (İspaniya) - 3:0

Qollar: Darvin Nunyes, 3; 79 (penalti), Rafa Silva, 69

Qırmızı vərəqə: Erik Qarsiya, 87 ("Barselona")

Xal durumu: "Bavariya" - 6, "Benfika" - 4, "Dinamo" - 1, "Barselona" - 0.

F qrupu

20:45. "Atalanta" (İtaliya) - "Yanq Boyz" (İsveçrə) - 1:0

Qol: Matteo Pessina, 66

23:00. "Mançester Yunayted" (İngiltərə) - "Vilyarreal" (İspaniya) - 2:1

Qollar: Aleks Telles, 60, Kriştianu Ronaldu, 90+5 - Pako Alkaser, 53

Xal durumu: "Atalanta" - 4, "Yanq Boyz" - 3, "Mançester Yunayted" - 3, "Vilyarreal" - 1.

G qrupu

23:00. "Volfsburq" (Almaniya) - "Sevilya" (İspaniya) - 1:1

Qollar: Renato Şteffen, 48 - İvan Rakitiç, 86 (penalti)

Qırmızı vərəqə: Jozua Gilavogi, 85 ("Volfsburq")

23:00. "Zaltsburq" (Avstriya) - "Lill" (Fransa) - 2:1

Qol: Kərim Adeyemi, 35 (penalti); 53 (penalti) - Burak Yılmaz, 62

Xal durumu: "Zaltsburq" - 4, "Sevilya" - 2, "Volfsburq" - 2, "Lill" - 1.

H qrupu

20:45. "Zenit" (Rusiya) - "Malmö" (İsveç) - 4:0

Qollar: Klaudinyo, 9, Daler Kuzyayev, 49, Aleksey Sutormin, 80, Vendel 90+4

Qırmızı vərəqə: Anel Ahmedhodziç, 53 ("Malmö")

23:00. "Yuventus" (İtaliya) - "Çelsi" (İngiltərə) - 1:0

Qol: Federiko Kyeza, 46

Xal durumu: "Yuventus" - 6, "Çelsi" - 3, "Zenit" - 3, "Malmö" - 0

22:37

UEFA Çempionlar Liqasının qrup mərhələsində II turun daha iki oyunu keçirilib.

"Report"un məlumatına görə, hər iki qarşılaşmada meydan sahibləri qalib gəliblər.

F qrupunda İtaliya "Atalanta"sı İsveçrənin "Yanq Boyz" klubunu qəbul edib. Görüşün taleyini 1 qol həll edib. 66-cı dəqiqədə fərqlənən Matte Pessina Berqamo təmsilçisinə ilk qələbəsini qazandırıb.

H qrupunda isə Rusiya "Zenit"i evdə İsveç "Malmö"sünü darmadağın edib - 4:0. Sankt-Peterburq klubunun heyətində qolları 9-cu dəqiqədə Klaudinyo, 49-cu dəqiqədə Daler Kuzyayev, 80-ci dəqiqədə Aleksey Sutormin və görüşün əsas vaxtına əlavə olunmuş 4-cü dəqiqədə Vendel vurublar. 53-cü dəqiqədə qonaqların futbolçusu Anel Ahmedhodziç qırmızı vərəqə alaraq, meydandan qovulub.

Çempionlar Liqası

II tur

F qrupu

20:45. "Atalanta" (İtaliya) - "Yanq Boyz" (İsveçrə) - 1:0

Qol: Matteo Pessina, 66

23:00. "Mançester Yunayted" (İngiltərə) - "Vilyarreal" (İspaniya)

Xal durumu: "Atalanta" - 4 (2 oyun), "Yanq Boyz" - 3 (2), "Vilyarreal" - 1, "Mançester Yunayted" - 0.

H qrupu

20:45. "Zenit" (Rusiya) - "Malmö" (İsveç) - 4:0

Qollar: Klaudinyo, 9, Daler Kuzyayev, 49, Aleksey Sutormin, 80

Qırmızı vərəqə: Anel Ahmedhodziç, 53 ("Malmö")

23:00. "Yuventus" (İtaliya) - "Çelsi" (İngiltərə)

Xal durumu: "Yuventus" - 3, "Çelsi" - 3, "Zenit" - 3 (2 oyun), "Malmö" - 0

скачать dle 12.1

Şərhlər

XƏBƏR LENTİ