SON DƏQİQƏ

Çözələnən xatirələr…

Tarix:25-08-2021, 13:11 Oxunub:2 694

Qəhrəman Şəhidimiz Təbriz Çapay oğlu Əsgərovun əziz xatirəsinə həsr olunur.
Qəlbən sevdiyim qardaşım Təbrizlə, şəhid olduqdan sonra dəfn olunduğu məzarı başında ilk dəfə idi ki , üz-üzə , göz-gözə gəlirdim. Əlbəttə ki, şəkili ilə. Məzarı başında keçirdiyim daxili hislərim və bir də tarixə çevrilmiş xatirələrlə. Keçmiş hadisələrin təəssüratları yavaş-yavaş gözlərim inönündə çözələnməyə başladı…
Həmişəki kimi evdə idim və həyətdə oyun oynayır və uşaq ağlımdan keçirirdim . Bu düşüncələr seli adımın səslənməsi ilə bölündü . Başımı qaldıranda qarşımdaTəbrizi gördüm . Təbriz mənim əmimin oğlu idi . Amma bu sözdə idi, çünki o mənim qardaşım idi. Evlərimiz yaxın olduğundan və yaş yaxınlığından ötrü birlikdə böyümüşdük . Sanki bir yox 2 qardaşım var idi .
Belə ki, Təbrizin səsini eşitcək tez yanına yüyürdüm. Bilirdim ki yeni nəsə eşidəcəyəm. Ona görə ki, o heçvaxt normal uşaq oyunları oynamazdı odur ki, onun bu yeni fikrini
öyrənməyə tələsdim "Hə de görək nə olub . Bilirsən bu gün ağlıma tamamilə yeni bir ideya gəlib . Təəccübüm daha artdı. Bugün çayın kənarında oturmuş çayın öz axını ilə axmasını izləyirdim və onun səthində qabarcıqlara fikir verirdim. Düşündüm ki , bu qabarcıqlar mənə tanışdır, bəli su qaynayan zamanda üzərində belə qabarcıqlar əmələ gəlir . Sonra ağlıma gəldi ki, görəsən plastik butulkada su qaynatmaq olar . Getdim tez butulka tapdım, indi isə bura gəldim ki, sənidə çağırım birlikdə edək ". Beləliklə biz onların həyətinə yollandıq. Getdiyim zaman başqa bir şey daha diqqətimi çəkdi . Təbriz ağacın budaqları arasında özünə yer düzəltmişdi ondan soruşdum bu nədi bəs ?. O isə cavabında bu mənim postumdur, mən düşmənləri buradan izləyirəm – dedi . Öncə bu yerə nəzər saldıq, onun hətta burada taxtadan silah, tüfəngidə vardı, daha sonra isə butulkaya su doldurub odun üzərinə qoyduq . Çox çəkmədi ki gülcü partlayış əmələ gəldi və mən bundan qorxaraq ağlaya-ağlaya evə qaçdım . O qədər qorxmuşdum ki, arxaya belə baxmadım qaçırdım . O hadisədən sonra hamı artıq dəcəllik etməyəcəyimizi düşünsədə, biz yenədə dəcəllik edirdik. Beləcə illər keçirdi. Biz böyüyürdük dəcəlliklər bizi tərk etsədə uşaqlıqdan onda yaranan qeyri-adi xarakter və vətənpərvərlik hissləri artırdı ki azalmırdı. O həmişə məktəb illərində işğal altında olan torpaqlarımızdan danışanda düşmənə olan böyük nifrət onun gözlərindən oxunurdu. İllər onu cəsur bir gənc kimi yetişdirdi .
Her şey düşmənin torpaqlarımıza hücum cəhdləri ilə başladı. Müharibə xəbəri tez yayıldı . Biz isə səbirsizliklə cəbhəyə gedəcəyimiz günü gözləyirdik. Oktyabr ayının on biri cəbhəyə getmək üçün yola düşdük. Müharibəyə hazırlıq işləri o qədər qızğın gedirdi ki, Təbrizi belə unutmuşdum. Biz Bakıya çatdıqdan sonra cəbhə bölgəsinə yollandıq. Elə bir həftə olardı ki, əməliyyatlar davam edirdi. Dincəlmək üçün yenicə oturmuşdum ki, gözlərim kiminsə əlləri ilə qapandı. Sonra gözlərimin önündə onu Təbrizi birlikdə böyüdüyüm qardaşımı gördüm. Onu görəndə həm qürür, həmdə narahatçılıq keçirdim. Qürürluydum çünki, bu yola onunla birlikdə çıxmışdım, ailəmizdən biri daha vətəni müdafiə üçün hazır idi, digər tərəfdən isə hər şeyin ola biləcəyini onu itirə biləcəyim düşüncəsi ağlıma gəldi. Amma mən tezliklə bu fikirdən daşınmağa çalışdım . Biz bir- birimizdən ayrıldıq . Ayrı bölüklərdə vətənin müdafiəsinə başladıq. Bir çox toprağımızı işğaldan azad etdik, bir çox torpaqlarda şəhid verdik , amma bir addım belə geri çəkilmədik, hər ikimiz cənub bölgəsindən döyüşlərə qoşulmusduq . Bu yolda bizim bölükdən olan şəhid Aqil Quliyevi qurban verdik. Belə ki, o hadisə hələdə yaddaşımdadır. Yanımıza mərmi düşməsi nəticəsində huşumu itirdim , özümə gələndə mənə dedilər ki, Aqil yuxudan ayılmır . Necə yəni yuxudan ayılmır , tez yanına getdim onu ayıltmağa çalışdım, hətta kaskasını çıxarıb, üzünə şillədə vurdum . Amma o
ayılmadı və bir an nəfəs almadığını hiss etdim. Bu hadisə məni çox təsirləndirdi, bütün bunlar məni Təbrizi düşünməyə, onun barəsində narahat hislər keçirməyə sövq edirdi. İgid və qorxmaz olduğunu bilsəmdə içimdən narahatçılığı ata bilmirdim. Dostum Aqili xəstəxanaya gətirmək üçün yola düşdüm, onu təhvil verərkən onun saatını da özümlə götürdüm . Bu mənə ondan qalan yeganə xatirə idi, bu saat onun qəlbimdəki həsrətinə təsəlli idi .
Onu təhvil verib qayıtdıqdan sonra Təbrizin daxil olduğu bölüyün Şuşaya doğru yolda olduğu xəbərini aldım. Elə biz də Şuşa istiqamətində irəliləməyə başladıq. İki gün müddətində ağır sınaqlardan çıxdıq düşmənlə üz- üzə gəldik, amma qələbəni təmin edə bildik, çünki, düşmən buraların öz toprağı olmadığını bilirdi, ona görədə bu torpaq uğrunda canını verənlərdən qorxaraq arxalarına belə baxmadan qaçdılar. Şuşanı aldıqdan sonra tezlikləa təşkəs elan olundu . Bizim haqlı qələbəmiz dövlətlər tərəfindən razılıqla qarşılanmışdı . Bu xəbərin sevinci ilə evə zəng etdim, hal-əhval tutduqdan sonra Təbrizi soruşdum, onunla əlaqədar heç bir xəbər yox idi, o evlə əlaqə saxlamamışdı . Bu xəbər məni olduqca sarsıtdı, onu axtarmağa, ondan xəbər tutmağa çalışdım. Elə onu axtarırdım ki, Təbrizin taborundan bir əsgər gördüm . Kimisə işarət edir, Əsgərov ordadır deyirdi. Sanki ayaqlarım titrədi, addım ata bilmədim, bir müddət elə beləcə qaldıqdan sonra irəlilədim, çatdığımda bir nəfərin üzüstə uzandığını gördüm, çevirəndə şəhid Məmmədov Kəmaləddin olduğunu gördüm, onu gördüyüm də əmin oldum ki, artıq Təbrizdə şəhid olub, çünki, onlar birlikdə idilər, yan-yana vuruşurdular. Sonra isə şəhidlərin yanına yüyürdüm, onların üzlərinə baxdım. Birincinə baxdım o deyildi, ikincinə baxdım o deyildi, belə baxa- baxa keçirdim birdən Təbrizin ağarmış simasını gördüm, gözləri qapalı idi, sanki, yuxuya getmişdi. Mənə elə gəlirdi ki, çağırsam oyanıb qalxacaqdı. Yaxınlaşıb çağırdım cavab vermədi, yaxasından tutub silkələləyərkən onun artıq şəhid olduğunun şahidi oldum , özümdə istəmədən göz yaşlarım sellənib gedirdi.
Uşaqkən yaşadığım xatirələr bir film kimi gözümün önündən keçirdi. Bu dəfə də sanki, mən qaçmışdım, onu arxada qoymuşdum, amma bu dəfə o çox irəliləmişdi, o qədər ki qaçsam belə çata bilməyəcəyim qədər, o şəhidlik zirvəsinə qalxmışdı, illərlə vətən eşqi ilə yaşamış bu arzusuna çatmışdı . Onun adına qürurlu idim, keçmişə dönüb baxdığımda da onun belə igid və mərd olacağı çoxdan bəlli idi. O elə doğulanda da mərd doğulmuşdu. Döyüş meydanında hər dəqiqə düşmənlə üz-üzə gəldiyimiz anlarda da, dəfələrlə şəhid əsgər yoldaşlarımızı qucağımızda döyüş meydanlarından çıxardığımız anlarda belə şəhidlik haqqında düşünməyə vaxt olmurdu. Çünki o anlar düşməni geri qovmaq yaxud məhv etmək haqqında fikirləşirdik . Kimə nə zaman düşmən gülləsinin dəyəcəyi haqqında düşünməyə vaxt yox idi .
Və beləcə düşmən tərəfindən viran qoyulmuş şəhər və kəndlərimizi geri alarkən yalnız qəlbimizdə düşmənə nifrət hissi coşub daşırdı. Bu gün Təbrizin məzarı başında onun məsum baxışlarına baxarkən bir təsəllim var ” rahat yat qardaşım ". Torpaqlarımız yağı düşmən əlindən geri alındı və bil ki, sonadək səndə bizimlə birlikdə irəlilədin, çünki, şəhidlərin hər biri bu torpaqların canı və qanı bahasına alınması uğrunda özlərini fəda etdilər .
Çözələnən xatirələr…Axundzadə Billurə
Naxçıvan Dövlət Universitetinin
Hüquq fakultəsinin III kurs tələbəsi

FACEBOOK ŞƏRH

SON XƏBƏRLƏR

İDMAN

<