SON DƏQİQƏ

Azərbaycanın xalq artisti vəfat etdi

Tarix:14-08-2021, 11:05 Oxunub:4 663

Xalq artisti Vaqif Əliyev 81 yaşında vəfat edib.

Bu haqda Axşam.az-a aktyorun yaxınları xəbər verib. Bildirilib ki, V.Əliyev ürək çatışmazlığından dünyasını dəyişib. Bakı Bələdiyyə Teatrının aktyoru ötən gün dəfn olunub.

Qeyd edək ki, V.Əliyev 1940-cı ildə anadan olub. 1958-ci ildə Azərbaycan Dövlət Dram Teatrında çalışmağa başlayıb. 1968-ci ildə təyinatla Sumqayıt Dövlət Dram Teatrına göndərilib və 33 il burada çalışıb. 1990-cı ildə "Əməkdar artist", 2002-ci ildə "Xalq artisti" fəxri adına layiq görülüb. 2000-ci ildən Bakı Bələdiyyə Teatrında çalışıb.

FACEBOOK ŞƏRH

SON XƏBƏRLƏR

İDMAN

<