SON DƏQİQƏ
» » Azərbaycanda DƏHŞƏTLİ QƏTL: Taksi sürücüsünü öldürüb basdırdılar

Azərbaycanda DƏHŞƏTLİ QƏTL: Taksi sürücüsünü öldürüb basdırdılar

Tarix:

31-07-2021, 08:27

/ 2 717 dəfə oxundu.
Azərbaycanda DƏHŞƏTLİ QƏTL: Taksi sürücüsünü öldürüb basdırdılar

Lənkəranda itkin düşdüyü barədə məlumat verilən taksi sürücüsü - Lənkəran sakini, 1963-cü il təvəllüdlü İlham Cavadovun qətlə yetirildiyi məlum olub.

GunAz.az xəbər verir ki, hüquq mühafizə orqanları əməkdaşlarının keçirdiyi əməliyyat tədbirləri nəticəsində hadisəni törətməkdə şübhəli bilinən şəxs saxlanılıb.

Saxlanılan şəxs qətlə yetirdiyi İ.Cavadovun basdırdığı yeri göstərib.

Hazırda prokurorluq əməkdaşları hadisə yerinə baxış keçirir. Meyitin ekshumasiya olunaraq aidiyyəti üzrə təhvil verilməsi gözlənilir.

Qeyd edək ki, Lənkəranda taksi fəaliyyəti ilə məşğul olan İ.Cavadov iyulun 25-dən etibarən yaxınları tərəfindən axtarılıb. Sonradan hadisə ilə bağlı polisə müraciət edilib. ("Report")

скачать dle 12.1

Şərhlər

XƏBƏR LENTİ