SON DƏQİQƏ
» » Ər-arvad bağçaya gedən azyaşlı qızı qorxudub telefonunu aldılar

Ər-arvad bağçaya gedən azyaşlı qızı qorxudub telefonunu aldılar

Tarix:

7-07-2021, 14:20

/ 3 505 dəfə oxundu.
Ər-arvad bağçaya gedən azyaşlı qızı qorxudub telefonunu aldılar

Bakıda qardaşını bağçaya aparan azyaşlıya qarşı soyğunçuluq edilib.

DİN Mətbuat xidmətindən verilən məlumata görə, vətəndaş polisə müraciət edərək bildirib ki, qızı azyaşlı qardaşını bağçaya aparan zaman 2 nəfər onlara yaxınlaşıb uşağın mobil telefonunu əlindən alıb.

Cinayəti törətməkdə şübhəli bilinən paytaxt sakini Samir Əliyev və onun həyat yoldaşı Səidə Əliyeva qısa zamanda saxlanılıblar. Onlar ifadələrində qeyd edilən hadisəni törətdiklərini etiraf ediblər.

Qeyd edək ki, saxlanılan şəxslərin törətdikləri soyğunçuluq hadisəsi və sonradan onların hadisə yerindən yayınmaları ərazidə olan müşahidə kameraları vasitəsiylə lentə alınıb.

Faktla bağlı saxlanılan şəxslər barəsində 9-cu Polis Bölməsində toplanan materiallar Səbail RPİ-nin İstintaq Şöbəsinə göndərilib, araşdırmalar davam etdirilir.


скачать dle 12.1

Şərhlər

XƏBƏR LENTİ