SON DƏQİQƏ

Fransada matç zamanı futbolçu öldürüldü

Tarix:

26-06-2021, 08:39

/ 2 975 dəfə oxundu.
Fransada matç zamanı futbolçu öldürüldü

Fransanın Marsel şəhərinin "La Marin” stadionunda baş tutan matç zamanı naməlum şəxsin atəş açması nəticəsində bir futbolçu ölüb, digəri isə xəsarət alıb.

Axar.az xəbər verir ki, hadisə 15-ci dairənin həvəskar komandalarının oyunu zamanı baş verib.

Belə ki, stadiona yaxınlaşan maşından futbolçulara atəş açılıb.

Polis faktla bağlı araşdırmalara başlayıb.

Qeyd edək ki, Marselin on beşinci dairəsi kriminal vəziyyətin ağır olduğu yaşayış məntəqələrindən biridir. Şəhərin şimal hissəsində narkotik ticarəti ilə məşğul olan cinayətkar dəstələr arasında atışmalar tez-tez olur.

скачать dle 12.1

Şərhlər

XƏBƏR LENTİ