SON DƏQİQƏ

Balakəndə polis özünü güllələdi- Rəsmi

Tarix:

21-06-2021, 19:56

/ 4 346 dəfə oxundu.
Balakəndə polis özünü güllələdi- Rəsmi

Balakən Rayon Polis Şöbəsinin əməkdaşı xidməti silahla özünü vuraraq intihar edib.

Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətindən bildirilib ki, hadisə iyunun 21-i saat 19 radələrində baş verib.

Balakən Rayon Polis Şöbəsinin əməkdaşı, polis serjantı Tural Əliyev ərazidə xidmətdə olarkən ona təhkim edilmiş xidməti silahla özünə atəş açaraq intihar edib.

Hazırda faktla bağlı Daxili İşlər Nazirliyi tərəfindən xidməti araşdırma aparılır.

скачать dle 12.1

Şərhlər