SON DƏQİQƏ
» » Soyuq havada araq içmək zərərlidir — Həkimdən AÇIQLAMA

Soyuq havada araq içmək zərərlidir — Həkimdən AÇIQLAMA

Tarix:

5-04-2021, 20:15

/ 5 416 dəfə oxundu.
Soyuq havada araq içmək zərərlidir — Həkimdən AÇIQLAMA

 "Soyuq  havada insanlar qəbul etdikləri qidalara normal hava şəraiti ilə müqayisədə xüsusi diqqət yetirməlidir. Bol zülallı qidalara, meyvəyə üstünlük vermək olduqca əhəmiyyətlidir”.


GünAz.az xəbər verir ki, bu sözləri Yenisabah.az-a açıqlamasında terapevt Rasif Bağırov deyib. Həkim qeyd edib ki, sözügedən qidalar bədənin enerji potensialını çoxaldır:

"Nəticədə xəstəliklərə qarşı müqavimət qabiliyyəti artır. Təbii ki, xəstələnmənin qarşısını tək qidalarla almaq olmaz. Soyuqdan qorunmaq da əsas şərtlərdən biridir, belə havalarda isti geyinmək önəmlidir”.

İçkilərə gəldikdə isə həmsöhbətimiz soyuq havada spirtli içki qəbul edilməsinin tərəfdarı olmadığını vurğulayıb:

"Bəzi şəxslər soyuq havada spirtli içki qəbul edirlər, amma tibbdə qayda belədir ki, soyuq havada spirtli içkilərin qəbulu xəstələrə yaxşı təsir göstərmir. Çünki spirtli içkilərin qəbulu temperaturun tənzimlənməsini kəskin şəkildə pozur, nəticədə insan bədənində damarların genişlənməsi baş verir. Şaxtalı havada spirtli içkilərdən istifadə xəstənin daha tez donmasına gətirib çıxarır.

Rasif Bağırov soyuq havanın virusu öldürmədiyini də diqqətə çatdırıb:

"Sadəcə virusun fəaliyyətini müəyyən qədər dayandıra bilir. Amma hava şəraiti düzələn kimi o, yenidən aktivləşir. Virus insanın ağız boşluğunda, tənəfüs yolunda, mədə-bağırsaq sistemində oturur, bədənin müqavimət qabiliyyəti azca aşağı düşən kimi virus olduğu yerdə inkişaf edir. Məsələn, adicə vərəm çöplərini yuxarı tənəffüs yollarında axtardıqda həmişə tapmaq olar. Amma zəif formada olurlar, iş qabiliyyətləri olmur. Sadəcə əlverişli mühitə düşəndə vərəm prosesi inkişaf etməyə başlayır”.
скачать dle 12.1

Şərhlər

XƏBƏR LENTİ