SON DƏQİQƏ

Portuqaliya - Azərbaycan oyunu “Yuventus”un stadionunda keçiriləcək

Tarix:3-03-2021, 23:16 Oxunub:1 259

DÇ-2022-nin seçmə mərhələsi çərçivəsində martın 24-də keçiriləcək Portuqaliya - Azərbaycan oyunu İtaliyanın Turin şəhərində, "Yuventus” klubuna məxsus stadionda təşkil olunacaq.

Bu barədə AFFA-nın saytı məlumat yayıb. 

 

Bildirilib ki, bununla bağlı AFFA-ya müvafiq rəsmi məlumat UEFA-dan, Portuqaliya Futbol Federasiyasından və "Yuventus” klubundan göndərilib və AFFA tərəfindən razılıq verilib.

Portuqaliya milli komandasının ev oyununun neytral meydanda keçirilməsinin səbəbi COVID-19 pandemiyasıdır.

UEFA AFFA-ya, Portuqaliya Futbol Federasiyasına və İtaliya Futbol Federasiyasına əməkdaşlığa görə təşəkkür edir


FACEBOOK ŞƏRH

SON XƏBƏRLƏR

İDMAN

<