SON DƏQİQƏ
» » Röyalar gerçək oldu Məsut Özil RƏSMƏN "FƏNƏRBAXÇA"da

Röyalar gerçək oldu Məsut Özil RƏSMƏN "FƏNƏRBAXÇA"da

Tarix:

25-01-2021, 08:22

/ 5 507 dəfə oxundu.
Röyalar gerçək oldu Məsut Özil RƏSMƏN "FƏNƏRBAXÇA"da

Türkiyənin "Fənərbağça” klubu Məsut Özil ilə bağlı "Arsenal”la anlaşmanın əldə olunduğunu, futbolçu ilə 3.5 illik müqavilənin imzalandığını bəyan edib.

"Haber Global”dan verilən məlumata görə sarı-lacivərdli klubun "Tvitter” səhifəsində məsələ ilə bağlı açıqlama verilib:

"Yuxu gerçək oldu. Məsut Özül "Fənərbağça”mızdadır. "Arsenal”dan ödənişsiz olaraq transfer edilən oyunçu ilə 3.5 illik müqavilə imzalanıb. Ona sarı-lacivərdli idman geyimi ilə uğur dolu illər və çempionluqlar diləyirik. Xoş gəldin, Məsut!”.

 

Qeyd edək ki, ulduz oyunçu futbol karyerasında Almaniyanın "Şalke04”, "Verder” Bremen, "Real” Madrid və "Arsenal” kimi klublarda çıxış edib. Klub səviyyəsində keçirdiyi 560 oyunda 88 qol vurub və 216 məhsuldar ötürmə edib.

Almaniya yığmasında 92 matça çıxan futbolçu 63 qol və 40 məhsuldar ötürmə ilə fərqlənib.

AbbasƏLİ


скачать dle 12.1

Şərhlər

XƏBƏR LENTİ